AYB-nin XII qurultayı keçirildi - ANAR yenidən sədr oldu
18.06.14
Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayı keçirilib. Çıxışlarrdan sonra sədr seçkisi keçirilib.
Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.
AYB-nin 12-ci qurultayında Anarın sədrliyə namizədliyi Fikrət Qoca tərəfindən irəli sürülüb. Qurultay
nümayəndələri yekdilliklə Anarı növbəti müddətə AYB sədri postuna
seçiblər. Onun sədrliyinin əleyhinə səs verən və bitərəf qalan olmayıb. Qurultay AYB-nın hazırkı katiblərinin də vəzifələrində qalmasına qərar verib.
Bundan
başqa xalq şairi Fikrət Qoca Azərbaycan Yazıçılar Birliyinin 1-ci
katib, Çingiz Abdullayev, Rəşad Məcid və Arif Əmrahoğlu yenidən katib
seçiliblər.
Nazim İbrahimov isə yenidən AYB sədrinin 1-ci müavini seçilib.
|