Qalib Şəfahət - Bu gecə üzün gecədi
16.06.14
ÜRƏYİM QURAQDA QALIB
Ürəyimə yağmır yağış Ürəyim quraqda qalıb. Hamıdan uzağa gedib, Hamıdan uzaqda qalıb.
Güçü yoxdu güc verməyir, Cücərdən yox, cücərməyir, Heç kəs onu becərməyir- Əkindən qıraqda qalıb.
Gözə dəyməyir görələr, Ələ yetməyir dərələr, Dərib bir qıza verələr, Elə künc, bucaqda qalıb.
Bu gecə üzün gecədi
Bu gecə oxşayır sənə Sənin kimi qaranlıqdı. Mənim bəxtim səhərədək, Ya o yanlıq, bu yanlıqdı.
Acılacaq bu gecədə Açılmayan mən olacam. Mən olacam uzaqlarda, Elə mənsiz sən olacan.
Gələn gecəni gözləyib, Qaranlığa tələsəcən. Sən mənə tərəf gələcən, Mən səni heç görməyəcəm.
Bu gecəni sərib yerə Üstündən adlamaq olmur. Yada bir kənara qoyub, Nə büküb, qatlamaq olmur.
Bu gecə uzun gecədi Uzandıqca uzanacaq. Ha qaçsaqda çatanmarıq, Yolumuz yolda qalacaq.
|