Mehman Qaraxanoğlu - Gözəl fahişə
10.06.14
Gözəl fahişə! Sənin bəyaz dərin dünyanın ən qaranlaq gecəsidi, Onun arxasında nə qədər kişi gizlətmisən! Hələ bunlar nədir ki... Hamı ora baş çəkəcək sonunda! Baş əyirəm, Bədbəxt kişilərin hekayətlərini Aram-aram dinləyən bu ehramın önündə! Gəldim, Mən də gəldim! Bədənində boş yer olmasa da... Bu ki ən qədim məbəddi - Hər hücrədə yüz olü...
Və mən də borclu qalmadım: Dodaqlarımın alov püskürən tiyəsiylə, Sevdiklərimin adlarını qazıb yazdım.
Gözəl fahişə! Onlar məni sənin qədər sevmədi! Sən özünü məndə, Məni özündə dəfn etməyi bacarırsan...
2014
|