Kənan Hacı - Əvvəl sevgi doğulur, sonra uşaq
06.06.14
Əvvəl sevgi doğulur, sonra uşaq, ümidlər sevincin üzündən heç vaxt öpmür, ömrümüz balıq kimi çırpınır tərəddüdlərdə... ümidlər ithaf olunur gecikmiş sevgilərə, oğlum olsa, adını Ümid qoyardım, məndən sonra ölən ümidlərin şərəfinə!... Mənə nəsə olub, sən də duymusan, çünki bilirsən; əvvəl sevgi doğulur, sonra uşaq, bəlkə o uşağı sən doğacaqsan, zaman bətnində yubanır bəlkə?!.. Bu gecənin əzabı da halal xoşun, külqabıda söndürdüyüm yarımçıq fikirlər də, sinəmdə vaxtı sənin saatına qurmaq istəyim sənə gülməli gəlməsin, bütün gecikmələrin heyfini çıxıram keçib getdiyim yollardan... Əvvəl sevgi doğulur, sonra... sonra deyərəm...
|