"Qanun" nəşrlər evi yeni kitablar nəşr edib
04.06.14

"Qanun" nəşrlər evi yeni kiatablar nəşr edib. Aşağıda kitablar haqqında məlumatları təqdim edirik.

Q U S T A V  F L O B E R - SADƏLÖVH
     

Görkəmli fransız yazıçısı Qustav Floberin bu po­ves­tin­də Felisite adlı sadə bir kəndli qızının mü­rəkkəb və kəş­məkəşli həyatı təsvir edilmişdir. Bu­rada son dərəcə sa­dəlövh bir qızın ilk nakam mə­həb­bətindən, onun xanım Obenin evində qul­luqçu kimi işləməsindən, xanıma son dərəcə sadiq olmasın­dan bəhs edilir. O, həm xanım Obenə, həm onun iki uşağına, həm öz bacısı oğluna, həm də kimsəsiz ağır xəstə Kolmiş babaya qarşı həddindən artıq qayğıkeş mün­asibət bəsləyir. Tək-tənha qaldığı zaman Lulu adlı bir tutuquşuna mehrini salır və bütün bu kimi hal­­larda çox səmimi və sadəlövhcəsinə davranır.

“Sadəlövh” povesti Qustav Floberin “Üç povest” adlı kitabına daxil olan əsərlərindən biridir.

Bakı, Qanun Nəşriyyatı, 2014,  140 səh., 1000 tiraj
İngiliscədən tərcümə: Cəlil Nağıyev
Redaktor: Natiq Səfərov

  


 
HƏMİD VƏLİYEV - MARK TVEN  JURNALİST KİMİ


Görkəmli ABŞ yazıçısı və jurnalisti Mark Tvenin jurnalistlik fəaliyyətindən bəhs edilən bu kitabda, onun jurnalistikaya dair bir neçə əsərinin ana dilimizə tərcüməsi təqdim edilir.

Kitab universitetlərin jurnalistika fakültələrinin, filologiya fakültələrinin və humanitar fakültələrin jurnalistika şöbələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistikası tarixini tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Bakı, Qanun Nəşriyyatı, 2014, 76 səh., 500 tiraj
Elmi redaktor: Vüqar Zifər oğlu Əliyev
Rəyçi: Vaqif Arzumanlı




 
NİK KVARRİ - DON ÖLDÜ

“Don öldü” kitabı qanqsterlərin həyatından bəhs edən kəskin süjetli detektiv romanıdır.

Üç Don mafiyası qeyri-leqal biznesi nəzarətə götürüb daha da güclənməyə çalışırlar.
Donlar arasında bir qız üstündə başlayan müharibə Donların ikisinin həyatına son qoyur. Üstəlik bütün mafiya üzvləri qırılır.

Romanı hər kəs oxuya bilər, bütün yaş qrupları. Çox asan oxunur, təsirli yazı uslubu var.

Bakı, Qanun Nəşriyyatı, 2014,196 səhifə, 1000 tiraj
Tərcümə edən:     Şahbaz Xuduoğlu
Korrektor:            İradə Musalı
 



 
ANNA FRANK - GÜNDƏLİK   


Bu 13 yaşlı yəhudi qızının – Anna Frankın yazdığı gün­dəlikdir. Almaniyada doğulan Anna ailəsi ilə birgə alman faşistlərindən xilas olmaq məcburiyyətilə Niderlanda köçür. Bir neçə ailənin qal­dığı  sığınacaqda yaşadığı vahimə, qorxu dolu günlər onu  gündəlik yaz­mağa sövq edir. Öz ad günündən, yəni 12 iyun 1942-ci ildən etibarən 1 avqust 1944-cü ilədək gündəlik yazır. O, əvvəlcə buna əyləncə kimi yanaşır və başına gələnləri gündəlikdə  özündən uydurduğu Kitti adlı rəfiqəsi ilə gündəlikdə bölüşür. Lakin Niderlandın təhsil nazirinin radio ilə əhaliyə müraciətini dinlədikdən sonra bu işlə daha ciddi məşğul olur. Nazir insanları alman faşistlərinin işğalı ilə bağlı istənilən sənədi qoruyub saxlamağa çağırırdı.

Anna Frankın həyat tarixçəsi – gizlənməyə məcbur olan, sonrasa doğ­malarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir. Diqqəti cəlb edən cəhətlərdən biri budur ki, Anna Frank özünün və yaxınlarının gələcəyi ilə bağlı daim qorxularla dolu olsa da, gündəliyi üçün narahat olmur, sanki onun bir möcüzə nəticəsində salamat qalacağını qabaqcadan bilir: ailəsinin həbsindən sonra sədaqətli dostlar son anda döşəmədə tökülüb qalmış kağızları xilas edirlər, bəlkə doğrudan da, tarix üçün lazım olan əlyazmalar yanmır?
Gündəlik kitab şəklində ilk dəfə 1947-ci ildə Niderlandda işıq üzü görür. 1952-ci ildə Amerika və İngiltərədə nəşr olunur. Hazırda gündəliyi dünyanın 70-dən çox ölkəsi öz dilində çap edib.
                                          
Bakı, Qanun Nəşriyyatı, 2014, 384 səh. 1000 tiraj
Ruscadan tərcümə: Vaqif Azəryar
Redaktor:  Nüşabə Hüseynli

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.