Xanım Aydın - Qucaqla bərk-bərk, sənindi ürək!
03.06.14
“HƏYAT BELƏDİR”
Mən səni sevəndə sevdim izinsiz, Bəlkə də ömrünə gəlmişdim yersiz! İndisə gedirəm səssiz, səmirsiz Səndə nə günah var, həyat belədir!
Hələ doğulmayıb düzəni pozan, Bu həyat oyunu mənsə uduzan. Demək belə yazıb taleyi yazan Səndə nə günah var, həyat belədir.
Sənə xoşbəxtliklər arzulayaraq, Qəlbimi dərindən yaralayaraq Deyirəm hər şeyi mən anlayaraq Səndə günah var, həyat belədir!
"SİNƏNDƏ MƏLƏYƏM"
Sinəndə mələyəm qanadım kövrək, Toxunur qəlbinə qəlbim çox titrək. Buraxma səmaya sən məni bir də, Qucaqla bərk-bərk, sənindi ürək!
Gözlərim boyayıb dünyanı hər rəng, Sənin gözlərinçün necə rəngbərəng, Mənim gözlərimlə bax sən dünyaya Gözlərim gözündə tapacaq ahəng!
Əllərin titrəsin məni oxşarkən, Dilin dolaşsın Xanım söylərkən Bütün hisslərini sər ayağıma Mən sənin yanına eşqlə gələrkən! Sinəndə mələyəm, məni buraxma!
RƏSSAM!
Əlində fırça üst-başı rəngli-boyalı rəssam! Gördüyünü, duyduğunu kağıza boyayan havalı rəssam! Sən xoşbəxtsən xəbərin yox, ürəyim yaralı, rəssam! Sən yenə şəkil çəkirsən, mənsə dərd çəkirəm, rəssam! Gözün baxır, fikrin harda dolaşır hərcayi, rəssam? Xəyalında politranın min rəngi fırlanır, rəssam! Düşünmə ki mən görmürəm, bilirəm ki uzaqdasan. Bir əlində fırça, birində ucuz siqaret... Tüstü bürüyüb otaqda sənin o geniş dünyanı... Sən yenə siqaret çəkirsən, mənsə dərd çəkirəm, rəssam! Qəlbimdən bütün keçəni çevirdim, döndərdim sözə, Oğul istərəm mən dözənə igid olub o da dözə. Bu dünyada hamı çəkir özünə uyğun hər nəsə... Sənsə şəkil çəkirsən, mənsə yenə dərd çəkirəm, rəssam! ....mənsə yenə dərd çəkirəm, rəssam....
|