Əli Quliyev - Ələnib qum olaram nə qədər böyüsəm də
02.06.14
ANA
Ana, bəxtiyarlığım Varlığından su içir. Bircə qurtum süd içir, Əriyib mum olaram, Ələnib qum olaram. Nə qədər böyüsəm də, Gözündə körpəyəm mən. Sevincin məndən keçir, Yoluna körpüyəm mən. Adlı analar kimi Ad götürmüsən, ana. Ağlayıb, gözlərinlə Od götürmüsən, ana. Düşünüb zəhmətini, Demə qiymət verilməz, Ha alışam, ha yanam. Düşün, ana, ən böyük Tanrıdan pay verilmiş Sənin zəhmət haqqınam. İşi ifallı anam, Dili misallı anam. Arzuların yol-izli, Ümidin ayaqlıdır. Əllərinin qabarı Yaşamağa haqq verir, Yaşamağın haqlıdır! Əli xəmirli anam, Ətəyi unlu anam. Səsli-səmirli anam, Tanrı yosunlu anam. Əl tutumluq qəlbinə Dünya sığınmaz, ana. Ürəyimə damib ki, Tanrı səndən utanıb Mənə toxunmaz, ana. Darayıb ağ telində Ağ günümü taparam. Bu dünyanın içində Sən mənim öz dünyamsan. Dünyam durunca varam! Dünyam durunca varam!
|