Əsəd Cahangir Elçin Hüseynbəyliyə mədhiyyə yazdı
30.05.14
Tanınmış tənqidçi Əsəd Cahangir "Ədəbiyyat" qəzetinin baş redaktoru Elçin Hüsynbəyliyə ithafən qəzəl yazıb. Avanqard.net həmin qəzəli təqdim edir.
Əziz Elçin, Yaradan kəndi sənə yar olsun, İstəyənlər sevinib, istəməyən xar olsun.
Ulduz oldun yetər, ey şəmsi-nəsr, çevrəndə Qoy cəmi kövkəbü səyyarəni pərgar olsun.
İlqar onsuz da star, el bilir, aləm də bilir, Nolacaq, qoy Qulu Ağsəs də meqastar olsun.
Əhsənül-əhsən Anar, verdi belə mutlu qərar, Həm verən hökmü, həm icra eləyən var olsun.
Fəsli-yazdı, ədəbiyyatda gül açsa, yox əcəb, Olmasın şaxta, ayaz, səhni-çəmənzar olsun.
Çatıb ulduzlara hər nömrəsi bir ün salsın, “Ədəbiyyat” da qələm əhlinə meyar olsun.
Ədəbiyyat yükünü çəkmək özü bir qəmdi, Fəridü Adilü Sərvaz sənə qəmxar olsun.
|