"Qanun" nəşriyyatı üç yeni kitab nəşr etdi

27.05.14

AHMET ÜMİT - İSTANBUL XATİRƏSİ

Bizantiondan İstanbula uzanan həyəcanla dolu sərgüzəşt...

Sarayburnunda, Atatürk heykəlinin dibində meyit... meyitin ovcunda antik pul... Amma nə bu meyit son qurban, nə də həmin antik pul son sikkədi... Yeddi qurban, yeddi hökmdar, yeddi sikkə, yeddi qədim yer... Bir də yeganə bir həqiqət – şəhərin sirli tarixi.

“Nevzat, Dəmir, bir də mən dənizdən şəhərə baxırdıq. Dəniz duman içindəydi... Qayığımız duman içindəydi. Sultanəhmədin minarələri, Ayasofyanın qübbəsi, Topqapı Sarayının qüllələri görünürdü. Elə bil heç yandırılmamış, dağılmamış, çirkləndirilməmişdi. Təbiət, mənzərəni çirkləndirən nə vardısa, ağappaq dumanla örtülmüşdü. Günəş doğmazdan əvvəl bir anlığa görünən xəyala oxşayırdı... Sehrli buluda oxşayırdı... Nağıl mənzərəsinə oxşayırdı... Yeni qurulmuş şəhərə oxşayırdı... Yeni başlanğıca oxşayırdı... Gənc, ümidlə dolu, gözəl idi...”

“Nevzat, Dəmir, bir də mən dənizdən şəhərə baxırdıq. Ölülərimizin sifətinə, onların gözlərindəki öz kədərimizə baxırdıq. Əlacsızlığımıza, ovuclarımızda böyüyən bədbəxtliyə, qanımızda artıb-çoxalan qorxaqlığa baxırdıq... Əlimizdən alınan həyata, günəşli günlərimizə, ümid dolu səhərlərə, əyləncəli bahar axşamlarına baxırdıq... Sönən xatirələrimizə, ölən xəyallarımıza, uçub-dağılan arzularımıza baxırdıq... Sönən xatirələrimizi, ölən xəyallarımızı, uçub-dağılan arzularımızı yüklənib yorğun yük gəmisi kimi bizdən uzaqlaşan şəhərimizə, şəhərimizlə birgə itirdiyimiz özümüzə baxırdıq...”

Bakı, Qanun Nəşriyyatı, 2014, 668 səh. 1000 tiraj
Türkcədən tərcümə: Nəriman Əbdülrəhmanlı
Redaktor: Əsgər Rəsulov
Nəşriyyat redaktoru:        Rövşən Hacıbəyli



COVANNI BOKKAÇÇO - DEKAMERON  

“Dekameron”un hekayəçiləri incə zövqlü, hazırcavab və ziyalı gənclərdir. Əsərdə Dioneo, Filostrato və Pamfilo adı ilə verilən üç oğlan Bokkaççonun gənclik dövründə yazmış olduğu əsərlərdə iştirak edən obrazlardır və həmin obrazlarda müəllif çox zaman öz ilk gənclik əhvali-ruhiyyəsini ifadə etmişdir. “Dekameron”da bu gənclərin təbiət və xasiyyətləri Bokkaççonun gənclik dövründəki əhvali-ruhiyyəsinin keçdiyi mərhələləri təmsil edir: Dioneo həssas və şən, Filostrato xəyalpərvər, Pamfilo isə ciddi və ağıllıdır. Gənclərin bu xarakteri onların hər birinin söylədiyi hekayədə də öz ifadəsini tapır.

Eyni vəziyyəti qızların obrazlarında da görürük. Bokkaçço onların hamısının həqiqətən Florensiya şəhərində adlı-sanlı ailələrdən çıxdığını və real adamlar olduğunu söyləyir. Lakin bəzi mülahizələrə görə Bokkaçço qızların həqiqi adlarını gizlətməyi üstün tutur və onlara başqa adlar verir. Hər halda maraqlı cəhət budur ki, təsvir olunan qızların xarakteri də Bokkaççonun ilk əsərlərində məhəbbət macəralarının iştirakçıları kimi qələmə alınmış qızların xarakterini xatırladır. Yeddi qızdan birinə bilavasitə Fyammetta adı verilməsi də təsadüfi deyildir; bu obraz Bokkaççonun gənclik məhəbbətinin simvolu, “Fyammetta” əsərinin də qəhrəmanıdır. Beləliklə, əsərdə iştirak edən hekayəçilərin müxtəlif xarakterli olması söylənən hekayələrə də rəngarənglik gətirir.

“Dekameron” əsərini Covanni Bokkaçço 1352-1354-cü illər arasında yazmışdır. Bu əsər İtaliyada bədii nəsrin əsasını qoymuşdur. O zamankı italyan həyatını geniş təsvir edən, dinə, mövhumata və tərki-dünya ideyalarını təbliğ edən kilsəyə öldürücü zərbə endirən “Dekameron” İntibah realizminin parlaq ifadəsini verən sənət abidələrindən biridir.

Bakı, Qanun Nəşriyyatı, 2014,716 səh. 1000 tiraj
Tərcümə edən: Beydulla Musayev



ELİF ŞAFAK - SİYAH SÜT

Yeni nəşr olunmuş roman ilk gördüyü varlığın anası olduğunu güman eləyən ördək balasına oxşayır. Gedir, gedir, mütləq onu sevən bir oxucu tapır. Ona yaxınlaşır. Artıq hər şey yaxşıdır. Kefi yerindədir. Onu “doğan” yazıçını arayıb-axtarmağa ehtiyac duymur.

Kitabı sevə-sevə oxuyan oxucu da onu alıb həyatına daxil eləyir. Əsl ədəbiyyat oxucusu sevdiyi kitabı qoruyub saxlayır.

Romanların anaları yazıçılar yox, oxuculardır.

Elif Şafakın ilk avtobioqrafik əsəri olan “Qara süd” romanı analıq və yazıçılıq probleminin anatomiyasını heyrətamiz dəqiqliklə açır.
 
Bakı, Qanun Nəşriyyatı, 2014. 356 səh., 1000 tiraj
Türkcədən tərcümə: Nəriman Əbdülrəhmanlı
Redaktor: Əsgər Rəsulov
Nəşriyyat redaktoru: Ehtiram İlham

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.