Vüqar Əhməd - Kasıbların yeməyi yox
26.05.14
Şair Vüar Əhmədin Avanqard.net-ə göndərdiyi şeirləri təqdim edirik
QAZAN YOX
Qəlblərdəki qəm-kədərin Səbəbini araşdıran, yazan yox. Kasıbların yeməyi yox, Süfrəsində, ocağında qazan yox. Dərd gətirən, dərd yaradan Necə çoxdu, dərdi qəlbdən pozan yox, Şən nəğmələr, şıdırğılar Oxuyan çox, qəm hayqıran ozan yox. Vüqar Əhməd dərddən çələng Hörür, yazır, faydası yox, baxan yox, Kim qazıdı özü düşdü, Daha ona gizli qəbir qazan yox!
ALINMA
Xoş günümlə öyünməyim? Təzə libas geyinməyim? Mən ömürlük sevinməyim? Alınma, işlərim, alınma. Arzularım çin olmasın, İstədiyim gün olmasın, Qönçələrim gül olmasın? Alınma, işlərim, alınma. Vəd versinlər, sonu yalan, Kimağasa, biz də palan, Ümidlərim tozda qalan, Alınma, işlərim, alınma. Yalanlara aldanıram, Düz sözlərə şadlanıram, Mən talesiz adlanıram, Alınma, işlərim, alınma. Alınmırsan mən dilənim, Mən sümsünüm, hey sülənim, Qüruruma mən güvənim, Alınma, işlərim, alınma. Ruzi atlı, mən piyada, Acıları dada-dada, Şükr elədim quru ada, Alınma, işlərim, alınma. Yəqin belə məsləhətdi, Haqq söz demək qəbahətdi, Fani dünya səyahətdi, Alınma, işlərim, alınma. Kef eləsin bəxtəvərlər, Zülm çəkin, igid ərlər, Mən doğuldum vətənpərvər, Alınma, işlərim, alınma. Gecə-gündüz çəkdim zəhmət, Axır verər Allah qiymət, Deyirəm ki,Vüqar Əhməd, Alınacaq bu işlərin ?
VƏTƏN
Vətən nəçidir, nədir? Ürəyimin içidir, Vətən mənimçin nədir? Səcdəgahdır, qiblədir. Bu dünyanı o mənə Cani-dildən sevdirir, Çox şirindir, bal dadır, Güneydə, Qarabağda, Amma məni ağladır. Gülənləri güldürür, Öz qanı çox qaradır. Türkün nərəsi gəlsə, Ermənini öldürür. Vətən bizimçün kimdir? Bir loğmandır, həkimdir. Tarımda sarı simdir, O,muğamdı, qəzəldi, Dünyada ən gözəldi, Vətən hara, hardadır? Göyçə, Borçalı, Təbriz, Xəzər adlı göy dəniz. Dərbənddən ta Zəncana, Doğmadır şirin cana, Bizim Azərbaycana. Vətən Kürüm,Arazım, Tar, kaman, telli sazım. Vətən harda, haradır? Bakı, Gəncə, Qubadır. Bu Vətənin hər göyü, Türk əsilli obadır. Qarabağım, Şirvanım, Qazaxım, Naxçıvanım, Qəmlidi Savalanım, Vətən bura, buradır. Astara, Lənkərandır, Ərdəbildir, Gilandır, Kəlbəcər, Zəngilandır, Vətən bura, buradır. Boldu nefti, sərvəti, Malı, varı, dövləti, Vardır bir də Vətənin Şair Vüqar Əhmədi.
AZƏRBAYCAN, AZƏRBAYCAN
Yağmurludur qışım, yazım, Qəmli çalır telli sazım, Bayrağımdı canamazım, Həm gülərdi,həm ağlayan, Azərbaycan,Azərbaycan Biz Məcnunuq olsa Leyli, Ona saldıq mehri-meyli, Quzeylidi,Güneylidi, Qarabağçün saç ağardan, Azərbaycan,Azərbaycan Havalana- havalana, Yol gedirəm Savalana, Dua edib Yaradana, Təbrizimə deyirəm -"can", Azərbaycan,Azərbaycan Savaşlarda yaralandı, Torpaqları paralandı, Iki yerə aralandı, Bir olacaq görən haçan? Azərbaycan,Azərbaycan Altmış milyon soydaşımız, Azər türkü qardaşımız, Ayrı düşüb göz yaşımız, Göydə Allah, yerdə " Quran " , Qələbə çal Azərbaycan !
|