Əziz Əlibəyli - 100 ballıq fahişə
24.05.14
Başımız o qədər qarışıb ki, söhbətin bizdən getdiyini belə hiss etmirik. Rozanın döşlərindən, Röyanın otağından, Sevdanın yatağından şirin-şirin danışdığımız anda gözündə eynək “tösmərək” qadının Azərbaycanın düz gözünün içinə elan etdiyi dəhşəti fərqinə alan olmadı. Bu da təbii idi, “manıska”ların xarici və daxili orqanlarının müzakirəsindən xaric heç nə ilə maraqlanmayan kütlədən başqa nə gözləmək olardı ki? **** Edam hökmünü elan etmək üçün minbərə çıxmış bu qadın ölüm fərmanını belə verdi: “I və IV qrup imtahanlarından ballar 100 civarında olub”. Ahaa... Ani olaraq səslənən və ötüb-keçən bu bəyanatı kimsə vecinə alası deyildi. Son illərin ən bərbad nəticəsi, azərbaycanlı abituriyentlərin biliklərinin ölçüsü bu qədər rüsvayçı həddə düşdü. *** Hələ “Əli və Nino” romanında bizim Qərb və ya Şərqə mənsub olmalı olduğumuz dilemması müzakirə edilirdi. Bu, adi müzakirə deyil, əslində, kod kökləri min illərə dayanan intellektual seçim mübarizəsinin qiymətləndirilməsi idi. Bu gün həmin suala daha rahat cavab vermək mümkündür. Bəli, biz şərqliyik, üstəgəl Suriyada qadınları zorlayan, insanların başını kəsən vəhhabilərlə, 200-dən artıq qızcığazı qaçırdıb zorlayan “Boko-haram”la və 1300 il əvvəl Ərəb səhrasında hakimiyyət uğrunda bir-birini qanına qəltan etmiş insanlarla eyni dünyagörüşü paylaşırıq. 100 ballığın fəlsəfəsi məhz burada ortaya çıxır. *** Bilmirəm, bu biabırçılığın geridönüşü varmı? Amma dəqiqdir ki, nəticələri bu olacaq: - 100 balı 100 manata çevirib bədəninin düz yerinə aeroport yolu çəkdirən fahişələrin sayı çoxalacaq; - Evinizdə kişi olsun deyə bəslədiyiniz oğlan uşağı böyüyb Konçita olacaq; - Gələcəyin ismətli, abırlı qadını olaraq böyüdəcəyiniz qızınızın taleyini fahişə cəmiyyətlə necə bağlayacağınızı anlamayacaqsınız; -Küçənin ortasında qadınınıza suvanacaq, təcavüz edəcək, ”kişi”lərin əhatəsi genişlənəcək; - Artiq küçələrdə, tv-lərdə deyil, evlərinizdən üzeyirlərin, rəqsanələrin səsi gələcək; - Evinizin sükutunu pozacaq tək şey əsəbi barmaqlar arasında “partlatmaq”, yoxsa “başını kəsmək” əmri ilə bağlı qərara kömək edəcək təsbeh şaqqıltısının səsi olacaq; -Nəhayət, Azərbaycanın adını dəyişib, “Azəri əmirliyi”(?) qoyacaqlar; Daha nə gözləyirsiniz ki... Gələcəyini 100 ballıq adamcıqlara verən cəmiyyətin köksünə arı tikanları kimi sancılacaq cəhalət və savadsızlıq, vəhşilik olacaq.
|