Aqşin Yeniseyin xəstəliyi aşkarlandı – Özü danışır
24.05.14
Məlum olduğu kimi Azərbaycanın tanınmış gənc şairi Aqşin Yeniseyin səhhətində ciddi problemlər yaranıb.
O, dünən yaxınlarının köməyilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin nə yerdə olması ilə bağılı AzNews.az-ın əməkdaşı şairin özü ilə əlaqə saxlayıb. A.Yenisey onda ağır əstəliyin aşkar olunduğunu deyib:
“Qaraciyərimə su yığılıb. Bu da zamanla çevirilib qaraciyər serozzu xəstəliyi yaradıb”.
Onun sözlərinə görə, hazırda Kliniki Tibbi Mərkəzdə müalicə kursuna başlayıb: “Hazırda xəstəxanadayam. Burada müalicə olunacam. Bilmirəm, nə olacaq. Amma narahatçılığa əsas yoxdur”.
Allah şəfa versin!
/aznews.az/
|