Ayişə Nəbi - Molla dini
23.05.14

Adam bəzən ətrafına baxanda dindaram deməyə utanır. Mən hansı dinin dindarıyam? Qorxu və əzabın hakim olduğu “islam” dinininmi?

Burda dayanıb düşünürsən, doğrudanmı, islamda qorxu və əzab hakimdir?

Zamanın aşınması mütləq olsa da İslam öz ilkinliyini olduğu kimi saxlaya bilmişdir. “Quran qiyamətə qədər sizin kitabınızdır” deyən Allah onu qoruyur. Kitabada, onun dəyişməzliyinə də sözüm yoxdur. Ancaq İslam dininin kölgəsində bir də molla dini varki, adam bu dinin dindarı olmaq istəmir. Molla dinində nə desən var, qorxu, əzab, cənnət-cəhənnəm sevdası, günah-savab, huri-qılman...

Elə bura çatanda yenə bir an dayanır və mollaların savab anlayışını düşünürsən. Molla dinində alimə çaylarından bal kimi sular axan, içində onsəkkiz yaşlı qız şəklində huri-qılmanların başına fırlandığı cənnətməkanıdır. Nə olur olsun çoxlu savab qazanıb bəri başdan cənnətin biletini almaq lazımdır. Cənnət biletinə hesablanmış molla dini əsl islamdan, onun mahiyyətindən o qədər uzaqdır ki, bunları bir araya gətirib barışdırmaq mümkün olmur.

İslam bir sevgi dini, eşq dinidir. Əlifbası sevgi hərfləri olan, ibadətlərimiz sevgi təranələri kimi bizi canımızın mənbəyinə aparan, eşq dəryasında nurlanaraq varacağımız ilahilikdən qopub bir molla, zahid dünya görüşünə, ruhuna sığa bilərikmi? Hər nəfəsi ibadət olan Eşq yolu yolçularının kölgəsinə qamçı vuran, şəriət çərçivəsindən başını çıxara bilməyən molla “elm-i lədünni”dən danışan da islam baş-ayaq olmazmı?

Dində təfərrüat sayılan, bir böyük bütünün xırda zərrələri olubda onların tək-tək dəyişməsiilə, əslində, mahiyyətin dəyişmədiyi detallar var ki, molla dini bir kiçik detalı bəhanə edib Nəsiminin dərisini soydurur, sonra da ona yas tutur.

Yas demişkən, dinimizin ən çox istifadə olunduğu yer niyə yas mərasimləridir. Bir çox insan, hətta halvanı ölü xörəyis aydığı kimi dini də ölü üçün elm hesab edir. Halbuki halvanın tarixi ta hz. Musaya(ə) gedib çıxır .Hz.Musanın(ə) gövmü 40 il yol gedib aclıkq çəkəndə Allah onlara bildirçin əti ilə qüdrət halvası endirdi. Eləcə də Quranı və digər dinik itabları, ölülərin qiyamətdən öncə dirilmə şansları olmadığı və ölmüş halda da kitab oxumaları, Quranda deyilənlərə əməl etmələri mümkün olmadığı üçün, Allah öz kitabını bizə-dirilərə göndərib və çox yerdə də deyir: ey insan, heç düşünməzsənmi? Yəni, kitabını göndərir və bizə ağıl, iradə verərək düşün deyir. Nə qədər ki, canında can var “düşün” deyir, öldükdən sonra düşün məqabiliyyətin olmayacaq.

Uca Allah “düşün” dediyi halda, molla dinində düşünməyə imkan verilmir. Molla dininin qanunlarında bunlar var: heç bir halda düşünmə, kor-koranə namaz qıl, oruc tut, haccaget, savab işlət. Namaz qıl, çünki dindarsan, oruc tut-sağlamlıqdır, hacca get-savabdır, savab işlər gör–cənnətdə yer qazan. Günah eləmə, çünki cəhənnəmdə qır qazanında yanarsan. Doğrudur, bunları eləmək lazımdır, ibadət dinin dirəyidir, amma əsl ibadət. Molladinində bu ibadətlər şəkil və hərəkətlərdən ibarətdir, islamda isə hər hərəkətin, hər ibadətin altqatında Alla heşqi, Allah sevgisi durur, yoxsa qorxu, yaxud ibadət və savabların qarşılığında alacağın mükafat, ya da cənnətə girmək sevdası durmur təkcə. Əsl islamda hər şeyi, canını, özünü, bütün dünyanı yox hesab edirsən, sadəcə bir hədəfin olur-Allah, Allaha varmaq. Cənnətdə, hər cür mükafat da bu uzun yolun pillələridir. ”Mənə səni gərək səni” deyə bir körpə anasına necə can atırsa, insanda Allahına, zərrəsi olduğu Allahına eləcə can atır.

Deyir “tövbə qapısı açıqdır”. Bəli, “gündə qırx dəfə günah eləsən də yenə gəl” çünki, “Allah tövbələriq əbul edəndir”. Nə istəyirsən elə, axırda güclü bir tövbə edərsən, olarsan tər-təmiz, ya da uzaqbaşı hacca gedib hacı olandan sonra hamı sənə hörmət edəcək ki, bəs adam gedib pak olub gəlib.

Tövbə, elə beşcə dənə hərfin yan-yana düzülüb asanca deyilən bir sözd eyil, tövbə dediyi zaman insan elə bir silkələnir, elə bir sarsılır ki, necə deyərlər” dəymişi dura dura, kalıt ökülür”, insanın bu tövbədən sonra günah eləyəcək taqəti qalmır. Ya da deyirlər namaz qılıb dua elə Allah sənə istədiyini verəcək. Molla dinində hər şey şəkildən ibarətdir, amma islam qəlblərə baxar, meyarı mənəviyyatdır, hər ibadət bir mənəvi susuzluqdur, ”Allah qəlblərdə olanı biləndir”.

Biz Quranı oxuyur, amma qanunları özümüz qoyuruq. Müasir insan beyni ilə düşünürük ki, dinin bütün məsələləri həll olunub. Çünki Quranın əmrləri və qadağaları nəfsimizə ağır gəlir. Nəfsimiz istəyir ki, biz çox asan yaşayaq, ömrümüzün hər anından zövq alaq, yolumuz hamar, özümüz xoşbəx tolaq.

İnsanla kainatın, təbiətin əlaqəsini, ahəngdarlığını unuduruq, dini sadəcə, cəmiyyətdə nizam-intizamın yaradılması və qorunması, eyni zamanda kütləni tabe etdirmə maşını sayırıq. Millətin ələ alınmasında ən güclü silah millət, xalq, vətən, mənəviyyat anlayışları deyil də, bir başa dindir. Molla dinində isə şəriətdən o tərəf özəl bir sahədir və oraya boylanmaq belə “günahdır”. Sözün qısası, Rene Genon düz deyir: “Qərbdə elm atası olmayan uşaq, şərqdə isə elm uşağı olmayan atadır.” Biz əsl elmimizə sahib çıxırıq.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.