"Qanun" nəşrlər evindən doqquz yeni kitab
20.05.14


"Qanun" nəşrlər evi Cingiz Abdullayevin və 
Con Maksvell Kutzeenin doqquz yeni kitab çap edib. Aşağıda kitablar haqqında ətraflı məlumat verilib.













Çingiz Abdullayev - NAMƏRDİN ÜSLUBU

Biznes başçıları və satqın siyasətçilər Rusiyanın bitib-tükənməz sərvətlərini hərraca çıxararsa, daha onların gözünə heç nə görünməz. İnsan ovu, kobud oğurluqlar, həyasız yalan və qəddar qətllər, dövlət sərhədləri tanımayan casus şəbəkəsi – qarşıya qoyulmuş məqsədlər üçün istənilən üsullar yarayar. Amma hər zaman namərdlərin yoluna onların fitnə-fəsadından qorxub-çəkinməyən kəslər də çıxır. «Tək əldən səs çıxmaz…» – nə olar, baxarıq, qərarı müstəqil ekspert Dronqo verəcək…

Bakı, Qanun Nəşriyyatı, 2014
“Əli və Nino” Nəşriyyatı, 2014, 328 səhifə, 2000 tiraj
Ruscadan tərcümə: Ruhiyyə Məmmədova
Nəşriyyat redaktoru: Nəzirməmməd Zöhrablı



Çingiz Abdullayev - QANİÇƏNLƏR AYNASI

Qəribə sui-qəsd və ölüm hadisələri paytaxtda əks-səda yaratmışdır. Bu hadisələrin qəribəliyi onların peşəkar tərəfindən törədildiyilə bağlı deyildi. Maraq doğuran səbəb qurbanların seçilmə üsulu idi. Axı məşhur teleaparıcı və tanınmış iş adamını bir-biri ilə nə birləşdirə bilərdi? Bəs, onsuzda susmağa hazır olan şahidləri aradan götürmək kimə lazım idi?.. Elə bu anda hadisələri araşdırmağa hazır olan cavan jurnalist meydana çıxır. Bütün suallara canı bahasına belə cavab tapmağa razı olan insan. Hətta ölümə meydan oxumağa qadir olan şəxs. Bütün bunlara baxmayaraq suallar azalmır, əksinə, hər şey nə qədər aydın olsa da, bir o qədər də əlçatmaz olur...

Bakı, Qanun Nəşriyyatı, 2014
“Əli və Nino” Nəşriyyatı, 2014, 440 səhifə, 2000 tiraj
Ruscadan tərcümə: Ülviyyə Ağayeva
Redaktor: Rövşən Hacıbəyli

 

Çingiz Abdullayev - MƏHŞƏR AYAĞINDA


O – çox riskli bir peşə sahibidir.
Yadlar arasında doğma, doğmalar arasında yaddır, o, ömrü boyu “uydurma tərcümeyi-halla” yaşayır. Təhlükə və yalan içində ömür sürür.
O – xarici kəşfiyyatda bacarıqla yüksək zirvələri fəth etmiş adamdır. Ən çətin tapşırıqları yerinə yetirən supercasusdur. O  – hər gün rastlaşdığı ölümlə oynayan həssas oyundaşdır. Lakin o, sonadək – qələbə qazananadək oyun meydanındadır...

Bakı, Qanun Nəşriyyatı, 2014
“Əli və Nino” Nəşriyyatı, 2014, 428 səhifə, 2000 tiraj
Ruscadan tərcümə: Günel Qədirli
Nəşriyyat redaktoru: Kənan Hacı



Çingiz Abdullayev - QAZANILMIŞ CƏHƏNNƏM


O – peşəsi ölümlə həssas oynamaq qabiliyyətinə malik olan insandır. Qələbə qazananadək oynamaq! O – Rusiya xarici kəşfiyyatının super agentlərindən biridir. O – həlledilməz olanları həll etmək bacarığına malikdir.
İndi o, yeni bir tapşırıq alıb. Təhlükəli tapşırıqdır. Amma o, təhlükəni bir çox illərdir ki, gündəlik adi işlərindən biri kimi qəbul edir. Üstəlik, bu tapşırıq həm də qəribədir. Həm də qeyri-adidir. Həm də, sadəcə, olaraq vacib yox –  demək olar ki, həyatının ən vacib tapşırığıdır...

Bakı, Qanun Nəşriyyatı, 2014
“Əli və Nino” Nəşriyyatı, 2014, 444 səhifə, 2000 tiraj
Ruscadan tərcümə: Sədaqət Əhmədova
Nəşriyyat redaktoru: Kənan Hacı




Con Maksvell Kutzee - BARBARLARI GÖZLƏYƏRKƏN  
 

Romanın baş qəhrəmanı – imperiyanın sərhədində otuz il ömür sürmüş hakim, barbarların üsyana qalxıb hökmranlarına yaxşı dərs verməyini arzu etsə də, əsərin sonunda öz seçimini edir və sivilizasiyadan imtina edərək barbarlara yaxın bir həyat tərzi sürməyə başlayır. Beləliklə, o öz vicdanı ilə barışır, çünki sivilizasiyanın içində yaşamaq ona utanc gətirirdi...
Con Maksvell Kutzeenin 1980-ci ildə işıq üzü görən «Barbarları gözləyərkən» romanı cəmiyyəti nəzarət altında saxlamaq üçün uydurulmuş düşmənlərdən bəhs edir. Kutzee köləliyin psixologiyasını anlamağa, şüurun «yox» sözünü deməyə mane olan qanunlarını dərk etməyə çalışır. O, köləliklə könüllü itaət arasında böyük fərq olduğunu nəzərə çarpdırır. Köləlik insanı alçaldır, könüllü itaət isə ruhi yüksəliş, insanın öz üzərindəki zəhmətinin məhsuludur. Kölələr üsyan arzusu ilə yaşayırlar, həyata öz iradələri ilə boyun əyənlər isə öz mənəvi-əxlaqi seçimlərini edir və sakit vicdanla yaşayırlar. Zülmə məruz qalmış hər insan qul sayıla bilməz.

Bakı, Qanun Nəşriyyatı, 2014, 264 səh., 1000 tiraj
İngiliscədən tərcümə: Ülkər Nəsibbəyli




Con Maksvell Kutzee - GƏNCLİK


“Gənclik” romanındakı Kutzee obrazı xoşagəlməz, hətta əxlaqsız bir insan kimi üçüncü şəxsin dilindən təsvir olunur. Romanda ondan özünənifrət və ambisiyalar arasında çırpınan insan kimi bəhs olunur. İlk baxışdan bu roman Tolstoyun “Gənclik”ini xatırladır. Tolstoy da Kutzee kimi özünü ifşa edir.
Oxucu bu avtobioqrafik əsərdə, doğrudan da, gəncliyi tapır. Lakin bu romanda təsvir olunanlar bədii əsərlərdə əksini tapan ənənəvi sevinc dolu, nəşəli gənclikdən çox uzaqdır. Kutzeenin qələmə aldığı gənclik həqiqətə daha yaxındır. Romanın əsas qəhrəmanı – Conu narahat edən mövzular barədə bütün insanlar həyatlarında bir dəfə də olsa, düşünüblər, məsələn, doğulduğun yerdən qaçmaq arzusu, nəyi səhv etdiyi barədə bitib-tükənməz suallar, iki ali təhsilə rəğmən münasib iş tapa bilməyin nigaranlığı. Kutzee bu əsərində də son dərəcə amansızdır: o, heç nədən çəkinmədən “gəncliyin mübarizəsinin” real mənzərəsini yaradır. Baş qəhrəman öz yöndəmsizliyindən qurtulub cazibədar bir insana çevrilə bilmir, lakin Kutzee nə etməli olduqları barədə heç bir təsəvvürləri olmayan, həyatlarını ədəbiyyata həsr edən gənclərin tərəddüdlərini və qarşısında dayandıqları dilemmanı ustalıqla təsvir edə bilir.
Con Maksvell Kutzeenin «Gənclik» romanında 1959-cu ildən 1964-cü ilə qədər olan dövr və Kutzeenin Londondakı həyatından bəhs edilir. Bu əsər, nəhayət ki, oxucuya müəllif barədə məlumat verə, yazıçının özünü işıqlandırması hesab oluna bilərdi. Lakin «Gənclik»i «bədii nəsr əsəri» kimi təqdim etməklə Kutzee yenə də oxucunu çaşdırır.
 
Bakı, Qanun Nəşriyyatı, 2014, 216 səh., 1000 tiraj
İngiliscədən tərcümə: Ülkər Nəsibbəyli



Con Maksvell Kutzee - MAYKL  K.-nın  HƏYATI  VƏ  ZƏMANƏSİ   

Con Maksvell Kutzeenin romanlarının baş qəhrə­manları, bir qayda olaraq, adi insanlardır: uzaq əyalətdə məskunlaşmış məmur, həyatı ucqar bir kənddə bağ evi ilə məhdudlaşan qadın, yaxud cəmiyyətin artığı, şikəst bədbəxt bir qız. «Maykl K.-nın həyatı və zəmanəsi» romanının baş qəhrəmanı Maykl K. da bu qəbildəndir. Belə insanlar mümkün qədər ətrafındakı adamlara, özlərinə edilən zülmü görməməyə çalışırlar. Onlar şər əməllərin iştirakçısı olmaqdan çəkinsələr də, bu aqibətdən yayına bilmirlər: passivlik, iradəsizlik humanizm üçün pis sığınacaqdır.
Talesiz ideal qəhrəman olmaqla Maykl cəmiyyətə qarşı çıxmır, sadəcə, kənara çəkilir. O, adi insani təsəvvürlərdən, tarixdən, mənəviyyatdan kənarda yaşayır. Nə yeyir, nə içir, yuxu bunların hamısını əvəz edir. Kutzeenin fikrincə, Mayklı ən aşağı pillədə tam azadlıq gözləyir. Fərdiliyini itirməklə, şəxsiyyət olmaqdan imtina etməklə insan azadlığa nail olur...
«Maykl K.-nın həyatı və zəmanəsi» Kutzeenin Buker mükafatına layiq görülən ilk əsəridir.

Bakı, Qanun Nəşriyyatı, 2014, 240 səh., 1000 tiraj
İngiliscədən tərcümə: Ülkər Nəsibbəyli



 
Con Maksvell Kutzee - RÜSVAYÇILIQ


Con Maksvell Kutzeenin «Rüsvayçılıq» romanının baş qəhrəmanı Devid Louri azadlığa doğru uzun bir yol gedir. O öz təbiətinin qəribəlikləri, bütün intellektuallara xas olan yaradıcılığa meyilliliyi ilə mübarizə aparmalı olur. Lakin Devid Louri bu yolu axıra qədər gedərək, bütün bəraətlərdən, ümidlərdən, axtarışlardan imtina edir. CAR-ın 1990-cı illərin sonuna təsadüf edən tarixindən silinmək mümkün olmasa da, tarixi təbiətlə bərabər tutmaq, onu həyatın bir hissəsi kimi qəbul etmək olar. Bu işdə Devidə qızı Lüsi kömək edir. Devid Louri öz rüsvayçılığını rasional düşüncə ilə dərk etməyə, bu və ya digər fikirlə əlaqələndirməyə çalışırsa, qızı ona, sadəcə, bu hadisə ilə barışıb yaşamağı öyrədir...
Kutzee ikinci dəfə Buker mükafatına «Rüsvayçılıq» romanına görə layiq görüldü.

Bakı, Qanun Nəşriyyatı, 2014, 296 səh., 1000 tiraj
İngiliscədən tərcümə: Ülkər Nəsibbəyli



  
Çak Palanik - DÖYÜŞÇÜ KLUBU

 
Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.
İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə apar­­maq qərarına gəlir. Bunun üçün radikal psixo­te­ra­piya yolunu seçərək gizli döyüşçü klubu yaradır.
Siz bu kitab əsasında çəkilmiş “Döyüşçü klubu” fil­mi­nə baxmısınızmı? O zaman bu kitabı da oxumanızı töv­si­yə edirik.

Bakı, Qanun Nəşriyyatı, 2014. 268 səh., 1000 tiraj
Ruscadan tərcümə: Fizzə Heydərli
Redaktor: T. Bədəlova


Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.