Turan İsayeva - Bu ölkə bizi güldürə bilmir
15.05.14
İnsanın ətrafında xoşbəxt insanlar görməyi necə də sevindiricidir deyirəm. Bu gün mərkəzi küçəmizdəki (Tarqovı) məşhur kafe-restoranların birində açıq havada çay içə-içə millətimizə baxırdım. Əcaib dərəcədə kinli, bir-birini yeyəcəkmiş kimi, saxta gülüşlü insanlara baxmaqdan məni ayıran yan masada oturan yaşı 50-55-dən yuxarı olan iki turist oldu. Və bundan öncəki ofisant türk oğlanın gülərüzlü qarşılmağanı yazmağı unutdum.
Arada türk ofisantın digər bütün müştərilərlə, hərkəslə eyni gülərüzlü davranıslarını incələyərkən, bir tərfdən də gözucu diqqətimi çəkən kişilərin gülüş dolu söhbətlərini anlamağa çalışırdım. Söhbəti tam anlamamğımın səbəbini də deyim bilin. 1. İngilis dilim tam bilmirdim. 2. Çox içdən gülərək zarafatlaşırdılardeyə başa düşə bilmirdim.
Sonra ofisantı çagirdı "ay qaqaş gəl gəl" dedi ingilis aksentiylə. (Çox maraqlı səhnə idi). Sonra bir cütlük yoldan keçirdi day-daylardan biri fit çalıb çagırdı bunları. Tanışlarıymış. Qız bizimki, yanındakı oğlan xarici idi.Yenə bunlar da gülər üzlə öpüşdülər, görüşdülər. Sonra onlar yollarına davam etdilər. Day-daylar da gülə-gülə söhbətlərini davam elədilər.
Mənimlə dostum isə səhv gəlmiş çayın yanındakı ''tiramisu" sifarişimizin xəyal qırıqlığını yaşayırdıq. Geri götürmələri üçün ofisantı çagırdımsa da oğlan gülərüzlülüyünə salıb "bunu da deneyin yeyin pişman olmazsınız" kimi cümlələrini elə ard-arda dedi ki, razı salmaq qabiliyyəti güclü olan ofisanta məğlub oldum və səhv gəlmiş sifarişi yemək məcburiyyətində qaldım. Əhvalımı korlamadısa da, bir şeyi aydınlaşdıra bildim. Eyni şəhərdə, eyni küçədə, hətta eyni kafedə yerlilərimiz sevinə bilmir, amma gəlmişlərin üzündə xoşbəxtliyə dəvət gətirən bir gülümsəmə var. Bu ölkə bizi güldürə bilmir deyəsən. Bu şəhərdə onların bizdən daha xoşbəxt olduğunu gördüm. Onlar bizim şəhərimizdə gülümsəməyi bacarırlar. Biz niyə bacarmırıq görəsən?
P.S: Yenə gördüklərimə qərəzsiz qala bilmədim.
|