Müşfiqin güllələnməyə aparılarkən yazdığı şeir
Həyat zəhər üçün də şirindi!
İndi müttəhimlər kürsüsündə oturub
Ölümün yolun gözləyən adicə bir müttəhiməm.
Daha dəxli yoxdu mənə dünyaya nə vaxt gəlmişəm
əsgi üstə qoyulmuşam, nə vaxt, harda kim olmuşam.
İndi süngü qabağında gedən kiməm?
Qan iziylə gətirdilər məni bura, bu işıq gələn tərəfə
Gözümü açanda gördüm, ölü kimi geyinmişəm:
Qollarımda ağ kələfcə. əynimdə də ağ mələfə.
Biz gəmidə olanda arxamızca iki ilan da üzürdü
Sürüşürdülər suların üzüylə
Sanki dəniz zəhərli iki yuxusuz uzunluğu, torpaqdan girov götürüb
arxasınca sürüyürdü özüylə.
Həyat zəhər üçün də şirindir!
Bu iki ilana baxa-baxa düşünürdüm
Onlar sanki mənim arxamca uzanan
Sənin bir cüt əllərindir.
Məni sənin yoxun olmağa
Sənə daha da yaxın olmağa
Sənin əbədi yuxun olmağa
Aparırdılar vətən.
Buna görə sevgi qoxusu deyil, barıt qoxusu gəlirdi,
Yaşatmaq istədiyin övladlarının
Sinəsinə sıxdığın soyuqqanlı güllələrdən.
- See more at: http://1937.az/yeni/view/2645#sthash.TOYegyDi.dpuf