"İsanın qadını" romanı etiraza səbəb oldu

07.05.14

Məhəbbət əvvəlcə fikirləşdi ki, iki daşın arasında qızlığını qorusun. Bəy onun gözündə onsuz da it qorxağıydı, bir sözünü iki eləməzdi. Həyəcanlı olmasını bəhanə gətirib “əsas məsələ”ni sabaha saxlasın.

Bəyi yuxuya verib, aradan çıxsın. Bəyi də buna inandırmaq olardı, amma qapının dalında Verengül nənəni görəndə qızlığı yırtılmayınca onlardan əl çəkməyəcəyini anladı. Paltarını soyunub lüt-üryan çarpayıya uzandı. Gözlərini yumub gözləməyə başladı...

Bəy də irişə-irişə soyundu, utancaq olsa da təcrübəliydi. Xoşhallandırmaq üçün Məhəbbəti öpmək istədi, qız üzünü yana çevirdi. Üzünü ona görə yana çevirdi ki, oğlan “işinə” tez başlasın. Bəy əl atıb gəlinin döşlərini əlləşdirdi. Məhəbbət ehtirasa gəlsə də biruzə vermək istəmədi, dişini-dişinə sıxıb, iniltilərini uddu. Arabir qapı cırıldayanda Verengül nənənin bəydən səbirsiz olduğuna Məhəbbətin az qala gülməyi gəlirdi. Nəhayət bəy “İlk əməliyyatına” başladı. Gəlinin budlarından tutub araladı, atəşdən qızaran topun lüləsi kimi qızmış üçüncü ayağını məlum yerə itələdi. .. Məhəbbət mələfəni cırmaqlayıb, qıyya çəkdi. İlk “atəş” hədəfi vurmuşdu. Ay anaaaaaa,-deyib qışqırdı. “Mərmi”si qurtaran bəy “atəşi” bitirdi, dərindən nəfəs alıb tirtap gəlinin yanına yıxıldı.

Gənc yazıçı Səxavət Sahilin “İsanın qadını” romanındakı bu fikirlər etiraza səbəb olub. Kitabdakı erotik mətnlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Bir çoxları yazıçının əsərlərində bu cür erotik səhnələrə öz etirazlarını bildiriblər.

Səxavət Sahil teleqraf.com-a açıqlamasında sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib: “Sosial şəbəkələrdə oxucuların rəyləri, fikirləri var. Kitab ətrafında müxtəlif polemikalar var. Bəli romanımda erotik səhnələr çoxdur. Mən bunu inkar edə bilmərəm. Mən o səhnələri ona görə elə vermişəm ki, bunları ayrı cür ifadə etmək mümkün deyildi. Çünki elə ifadə eləməsəm istədiyim təəssuratı yarada bilməzdim. Vəziyyət, situasiya bunu tələb edirdi. O, cür səhnələr insanın düşdüyü vəziyyəti xarakterizə edir. Mən də təbiiliyə üstünlük verirəm. Roman həm də Freydin nəzəriyyəsinə əsasən yazılıb. Burada insest və şüuraltı baş verən,bu şüuraltının nəticəsi olaraq yaşantılardır. Bir şeyi də qeyd edim ki, mən başıma gələnləri yazmıram. Romanın süjeti qədim yunan mifologiyasından götürülüb”.

Səxavət Sahil romanına görə çox tənqid olunduğunu dedi: “Romandakı səhnələrlə bağlı çoxsaylı tənqidlər var. Mən onlarla razılaşmaya bilmirəm. Lakin romanı təkcə süjet, hadisə kimi oxumaq düzgün deyil. Bəli hadisə kimi oxuyanda açıq-saçıq səhnələr diqqət çəkir. Amma mahiyyət və alt qatına nəzər salanda erotika hiss olunmur. Bəzi oxucular romanda vulqar ifadələr olduğunu deyirlər. Mən bununla razı deyiləm. Vulqar ifadə tamam ayrı məsələdir”.

/teleqraf.com/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.