Kafkanın azərbaycanlı tərcüməçisi vəfat etdi
05.05.14
Tanınmış tərcüməçi Azərbaycan Dillər Universitetinin alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı vəfat edib. Məlumatına görə o, aprelin 2-də dünyasını dəyişib. Aprelin sonlarında Çərkəz Qurbanlının insult keçirdiyi və Bakı klinikalarından birinə yerləşdirildiyi barədə xəbər yayılmışdı. 73 yaşlı professor süni nəfəs aparatına qoşulmuşdu. Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından idi. O, Əsəd bəyin 6 əsərini, o sıradan “Əli və Nino” romanını almancadan Azərbaycan dilinə çevirib. Çərkəz Qurbanlı Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını da alıb. Çərkəz Qurbanlı bir müddət Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb. /kulis.az/
|