Barbara De Anjeli - HƏR BİR QADININ KİŞİLƏR HAQQINDA BİLMƏLİ OLDUĞU VACİB SİRLƏR Barbara
de Anjelisin bu kitabını adi kitablar sırasına heç cür aid etmək olmaz.
Cərrah qətiyyətli və təcrübəli qadın kimi o, kişilərin sirli və
ziddiyyətli daxili aləminə baş vurur, oxuculara onun ən intim
bacarıqlarından söhbət açmaqdan çəkinmir və kişilərin psixoloji və
fizioloji xüsusiyyətlərini açıb göstərir. Ancaq ciddi peşəkar psixoloq
təcrübəsi müəllifə bəşəriyyətin güclü yarısının yaratdığı bir çox
maraqlı vəziyyətlərdən şərəflə çıxmasına kömək edir.
Kitab cinslərin birgə dinc və xoşbəxt yaşamalarının sirlərini öyrənməyə can atan hər bir oxucu üçün nəzərdə tutulub.
Dünya uşaq ədəbiyyatı seriyasından Astrid Lindqren - "SEÇİLMİŞ HEKAYƏLƏR” Kitabda
yer alan “Böyük bacı, balaca qardaş”, “Albalı ağacı altında”,
“gəlinciklə oynamaq istəməyən prinsessa”, “Gül bala”, “Pele evdən köçür”
və digər hekayələr oxucuları gülməyə, arzu etməyə, qəmlənməyə,
düşünməyə vadar edir. Astrid Lindqren öz yaradıcılığında uşaqlarda
mövcud dəyərlərə maraq oyatmaq, onlara tənqidi yanaşmaqla bərabər,
həyatda rast gələ biləcəkləri çətinliklərə qarşı qorxunun dəf
edilməsinin gərəkli olduğunu bədii şəkildə ifadə etməyə çalışmışdır.
Əsərlərində uşaqlar aləmini məharətlə qələmə alan Astrid Lindqren onları
reallıqlarla bəzənmiş nağıllar aləminə aparır, orada əyləndirdikdən
sonra yenidən müasir həyata qaytarır. Onun yazı üslubunun üstün cəhəti
ondan ibarətdir ki, hadisələr uşaqlar ətrafında cərəyan edir və onlar
əsas qəhrəman kimi hadisələrin gedişini müəyyənləşdirirlər. Astrid
Lindqren fəlsəfəsi ümumilikdə uşaqların sosial təkamülünə təkan verir.
Astrid
Lindqren 1907-ci ildə İsveçin cənubunda yerləşən Smaland vilayətində
anadan olmuşdur. Astrid uşaq ikən valideynlərinin ona verdiyi azadlıqdan
istifadə edərək xoşbəxt həyat yaşamışdır. Kənddə keçən uşaqlığı onun
sonralar yazdığı uşaq hekayələrinin mərkəzi sütununu təşkil etmişdir.
“Uzuncorab Pippi”, “Damda yaşayan Karlson” kimi kitablarla uşaqların
rəğbətini qazanmış müəllif digər mövzularda da onlarca hekayə yazmışdır.