Bukovskinin ən çox sevdiyi əsər Bakıda nəşr olundu
01.05.14
Dünyada ən çox sevilən və tənqidçilərin müsbət rəyini qazanmış əsərlərdən biri – Con Fantenin “Tozdan soruş” romanı Azərbaycanda nəşr olundu.
Bukovski bir gün Con Fantenin “Tozdan soruş” adlı kitabı ilə tanış olur və “Bir kitab oxudum, həyatım dəyişdi. Con Fante mənim Tanrım oldu" deyə yazır.
Con Fante ölkəmizdə az tanınsa da, çox maraqlı bir yazıçıdır. Öz həyatından yola çıxaraq yazdığı bir neçə əsəri içində ən məşhuru "Tozdan soruş" romanıdır.
Ədəbiyyata yeni başlayan bir romançının toz dumanına qarışan çılğın bir eşq romanı... Bu kitab sizin də sinirlərinizi tarıma çəkəcək, bəlkə sizin də həyata baxışlarınış dəyişəcək və Bukovskiyə haqq verəcəksiniz. Kitab “Zero” Nəşriyyatı tərəfindən Çarlz Bukovskinin ön sözü ilə nəşr olunub. Kitabın tərcüməçisi Vurğun Maşiyev, redaktoru Məğrur Əli Poladdır.
“Tozdan soruş”un təqdimatı saat 15:00-da “Zero” Kitab Evində baş tutacaq.
Ünvan: Sabir bağı ilə üzbəüz, İstiqlaliyyət 71
|