Enis Batur - ALMABakı, Qanun Nəşriyyatı, 2014, 152 səh.,
Türkcədən tərcümə: Nizami Zöhrabi
Redaktor: Kənan Hacı
Hörgü texnikası əsasında bir roman təcrübəsi
«Acı bilik – Çılpaq rəsm sənəti əsasında bir roman təcrübəsi»ndən sonra Enis Batur buna oxşar bir tərzdə «Alma»da qarşımıza çıxır. Hörgü texnikası əsasında bir roman təcrübəsi. Sağ və sol əlində mil, sağında və solunda fərqli yumaqlar olan yazıçı ilmə-ilmə irəliləyir.
Qərb sənətinin qadağanlara zidd əsərlərindən biri – Kourbetin «Dünyanın başladığı yer» əsəri 1866-cı ildə Osmanlı kolleksiyaçısı tərəfindən rəssama sifariş verildiyi andan 1995-ci ildə Orsay Muzeyində ictimaiyyətə təqdim olunmasına qədər müxtəlif örtüklərin altında gizli saxlanmışdı.
Ortaya çıxdığı zaman Qərbdə sənət tarixçiləri, tənqidçilər, roman yazanlar onun ətrafında sıxlaşdılar. Qərbin ən şərq nöqtəsində, olub-keçənlərə İstanbuldan baxan bir türk yazıçı tərs yöndən hörgünü söküb yenidən hörməyə qərar verdi. Bu kitab qabartma motiv olaraq Xəlil Şərif Paşanı seçən, onu həm Kourbetin əsərinə və alışılmayan bir yaradılış təfsirinə bağlayan, həm də «Özgəlik» statusunu eşələyən bir perspektivə söykənir.
Enis Baturdan daha bir məlun mətn
MUSTAFA KILINÇ - QADINLAR NƏ İSTƏYİR? KİŞİLƏR NƏ VERİR?Bakı, Qanun Nəşriyyatı, 2014
312 səh. 1000 tiraj
Türkcədən tərcümə: Anar Öztürk
Redaktor: Anar Öztürk
5.40 AZN
Mustafa Kılınç baş ofisi Amerikada yerləşən Dünya NLP təlimçiləri arasında yer alan yeganə türkdür. Türkiyənin ilk və yeganə peşəkar NLP təlimçisidir. Siyasi Qoç adını qazanan Kılınç fərdi inkişaf, insan qaynaqları, idarəetmə sənəti, ünsiyyət, zəka, uğur, liderlik, psixologiya, yenilikçi zəka və “Təsirli liderlik” sahəsində araşdırmalar aparmış və bir sıra işlər görmüş biridir. Türkiyədə ilk dəfə NLP Qoçluğu və Siyasi Qoçluğu həyata keçirən Kılınç NLP Mütəxəssisləri Dərnəyinin rəhbəri, TÜSİAV Təhsil Sektoru başqanıdır.
”NLP ilə təsirli Qoçluq”, “İçimizdəki Həqiqət”, “NLP ilə uğurun daxili oyunu” və “Təsirli Liderlik” kitablarının müəllifidir.
“İnsan düşündüyü qədər güclü, inandığı qədər qiymətlidir”.