Nicat Həşimzadə - Ehtirasın qan rəngi
29.04.14
Hekayə
Uğursuz bir eşqin məhbusuyam mən, Ömrüm keçir soyuq divarlar arasında . Nicat
Nigahdan kənar doğulan uşaqlara həsr edirəm
“Gecə səssiz - darıxıram, bu sükutda bir dəhşət var. Keçmiş-dəki günlərin əzablı xatirələri. Aramsız yağan yağış da o nisgilli anların kədərini yumaqda acizdir. Yağışın altında dayanıb səssiz halda dənizə baxıram. O dəniz ki, ən gizli görüşlərimizdən, ən məhrəm mü-nasibətlərimizdən xəbərdar idi. Həm xoşbəxt, həm də kədərli anlarımızın əbədi şahidi - bu qoca dəniz. Dənizlə mən, ikimizdə ilk görüş məkanımızdayıq , amma sən yoxsan . söylə sənmi vəfasızsan, yoxsa mənmi xainəm?” Müharibədən sağ - salamat qayıdan Rüfət yuxuda sayıqlayırdı . Nakam eşqin əzabını və dost xəyanətini unuda bilmirdi. Qərar vermiş-dilər. Ülkərlə nişanları olacaqdı. Amma gözlənilməz müharibə hər şeyi dəyişdi. Könüllü dəstələrin toplanışı adı ilə insanları zorla döyə - döyə müharibəyə göndərirdilər. İnsanların əksıriyyəti Qarabağın taleyinin həll olunduğunu, torpaqların hansısa vicdansız məqsədlər uğrunda təhvil verilməsini və döyüşlərin simvolik xarakter daşımasını dərk edirdilər. Bu həqiqətləri bilə - bilə məcburən savaşa getmək onlara əzab verirdi. Amma bəzi Şərq ölkələrində lduğu kimi Azərbaycanda da “dövlətlə dövlətlik etmək olmaz ” – deyə bir düşüncə vardı. Azərbaycan və erməni xalqları nə istədiklərini özləri də bilmirdi. Rusun hiyləsinə aldanaraq döyüşürdülər . Rusiyanın Cənubi Qafqazı parçalamaq siyasəti özünü doğruldurdu. Qafqaz xaqlarının birləşərək üsyan edəcəklərindən qorxan Rusiya ağıllı taktika seçmişdi. Ağıllı gürcü xalqı bu yalana uymadı. Lakin sonra onlarda da daxili müna-qişələr başlandı və guya ki, Rusiyanın sülhməramlı qoşunları ölkədə sabitlik yaratdılar. Rüfət həyəcanlı halda yuxudan oyandı. Ətrafına baxdı, sakitlik idi. Anası əlini övladının alnına qoyaraq təsəlli verməyə başladı. Ağbir-çək qadınların ənənəvi və heç bir işə yaramayan sözlərini təkrarladı: - “darıxma oğul, həyat hər insana bir cür əzab çəkdirir, qarşına Ülkərdən yaxşı qızlar çıxacaq, birini sevərsən, ailə qurarsınız, övladla-rınız olar. mən də ömrümün son illərini nəvələrimə həsr edərəm. ”Səs-siz halda anasını dinləyən Rüfət düşündü: “ eh, ana, kaş hər şey sənin dediyin kimi sadə olaydı” – lakin susdu , bir söz demədi. Nə deyə bilərdi ki? Bu qadının da həyatla vidalaşmadan övladının xoşbəxt günlərini görməyə sonsuz haqqı vardı . Bakının balaca fahişəxanalarında evli kişilərin qanlarının qaynayan, ehtiraslarının coşan vaxtı idi. Gecə isə ləyaqətli ailə başçısı kimi evlə-rinə dönəcək, utanmadan müqəddəs ər vəzifəsini icra edəcək, yataq-da uyuduqları zaman enerji qıtlığı üzündən qadınlarına toxunmaya-caqdlılar. Qadınlar isə hər zamankı kimi bu dəfə də düşünəcəkdilər: - Kişi işdən gec gəlib, yəqin yorğundur . Müharibədən sonra Bakıda gecə klublarının, fahişəxanaların və hət-ta fahişələrin də sayı artmışdı. Çünki muharibə kişi cinsinə mənsub insanların sayını azaltmış, digər “qəhrəman” kişilər isə qadınların dul qalmasından öz məqsədləri naminə istifadə etməyə başlamışdılar. Körpələri atasız qoyan, qadınları dul edən müharibə “qəhrəman” kişilərin və “Mamarozaların” qazanc mənbəyinə çevrilmişdi. Sənədləri oğurlanan, zorlanaraq video kameralara çəkilən, təhdidlərlə qarşılaşan qadınlar mövcud vəziyyətlə barışmalı olurdular. Çağırış vərəqəsini alan ilk şəxs Rüfətin anası oldu. Dili – dodağı quru-du , ayaqları tutuldu. Rüfət isə həmin gün Ülkərlə görüşmüşdü. Sanki bu görüşün sonuncu olacağını hər ikisi anlamışdı. Hər görüşdə dodaq – dodağa öpüşməklə kifayətlənirdilər. Ancaq bu dəfə çox irəli getdilər. Ehtiras dalğaları ruhlara hakim kəsilib hökm oxuyurdu. Qız bütün var-lığıyla sevgilisinə tabe olmağa can atırdı. Bunu hiss etdirməyə utanırdı Qərb təfəkkürlü qızlar bu cür hallarda oğlanla mazaqlaşar, gic – gic səslər çıxarar, axmaq söhbətlər edər, Şərq qadınları isə utanar, başını aşağı salar, səsinin eşidiləcəyindən ehtiyat edər. Qızı nəvazişlə soyun-durmağa başladı. Tələsmirdi, bu anların hər saniyəsini yaddaşına həkk etmək istəyirdi. Qızın bədənini hərarətli öpüşlərlə sığallayandan sonra ritmi artırdı. Qan sürətlə eyni istiqamətdə hərəkət edir, oğlanı daha da qızışdırırdı. Qarşısındakı vücudun hər hüceyrəsindən həzz alır, qızı bütün ruhuyla hiss etməyə çalışırdı. Oğlan özünə nəzarəti itirdi, sanki bir andaca vəhşiləşdi. Öz günahkar alətini qızın günahsız vücudunda gizlətdiyi zaman ruhlar arasında sevişrəqsı başladı. Tərəflər arasında haqların bərabər olmadığı seviş rəqsində təbiət qadınlara qarşı daha amansız olurdu. Bu anda oğlan ovçu, qız isə ovçusunu gözləyən şikara bənzəyirdi. Qızın nəfəsi kəsilmək üzrə idi. Oğlanın qəlbində mərhəmət oyadan bu hadisə ritmin azalmasına səbəb oldu. Rəqs bitdikdən sonra qız oğlanın gözündə adiləşdi. Səbəbini özü də anlamadı. Amma ürək hələ də eşq duyğuları ilə çırpınırdı. Oğlan etdiyi hərəkətə görə peşiman oldu. Axı insan heç öz sev-diyinə qıyarmı, ah, amansız ehtiras, bəşəriyyəti idarə edən sönməz atəş. Həmin gün Rüfət ucuz Bakı arağı ilə gürcü çaxırını qarışdırıb iç-məsəydi , qızın bakirə olmadığını anlayardı. Lakin bunda qızın günahı yox idi. Yeniyetmə yaşlarında cinsi həzzi yenicə kəşf etdiyi anlarda özü də bilmədən bəkarətini pozmuşdu. Hətta Azərbaycan qızlarının “topdağıtmaz” bəkarəti də cinsi istəklərə qarşı biganə deyil . Müharibənin ən axmaq vaxtları idi. Bu müharibə iki ordunun döyü-şündən daha çox günahsız insanların genosidinə bənzəyirdi. Dünya birliyi isə susurdu, o da öz payını almışdı. Rüfət gedəndən iki həftə sonra Ülkər hamilə olduğunu anladı. Bu haqda heç kimə danışa bilməzdi. Əgər anası bilsəydi, göz yaşları ilə övladına təsəlli ola bilərdi ki, bu da heç nəyə yaramazdı. Atası isə Azərbaycan cəmiyyətinin axmaq mental qaydalarına görə qızını bağışlaya bilməzdi, ya öldürməli ya da övladlıqdan rədd etməli idi . Hərçənd ki, Ülkərin atasını da müqəddəs insan hesab etmək olmazdı. Dilbər xanımın atas razılıq vermədiyi üçün qızı qaçırtmışdı. O zamanlar qız qaçırdan kişilər hədsiz hörmət sahibi olurdu. Ülkərin uşaqdan imtina etmək kimi axmaq niyyəti yox idi. Rüfət müharibədən qayıtmasaydı bu körpə ondan qa-lan tək yadigar olacaqdı. Lakin valideynlərindən qorxurdu . Çünki romantikan seks sayıldığı bir ölkədə bəkarətini zifaf gecəsindən öncə itirən qız fahişə hesab olunurdu. Bu ölkədə sevgilisiylə yataq macərası yaşayan, zorlanan, təhqir olunan, boşanan, dul qalan, öz orqanını oxşayaraq təkbaşına cinsi həzz duyan bütün qadınlara – tək bir ad verirdilər - Fahişə . . Azərbaycanda ləyaqətli qadın olmaq çox çətindir. Çünki tinlərdə dayanan axmaq kişilər şeyləri ilə oynayaraq qadına söz atan zaman, o susmağı bacaracaq qədər səbirli olmalı idi, əgər vulqar ifadələr söyləsə yenə də tək bir adı olacaqdı – fahişə. Azərbaycanlı kişilərin düşüncəsinə görə qadın cinsinə mənsub olan varlıqlar arasında təkcə fahişələr vulqar sözlər deyə bilər .Ülkərin bətni zaman keçdikcə böyüyürdü, sirrin üstü açılacaqdı. Yeganə çıxış yolunu Rüfətin ən yaxın dostu Arif müəyyən etdi. Tez bir zamanda ailə qurmalı, bu ləkəni təmizləməli olduqlarını düşündülər. Belə də oldu. Çətinliklə olsa da ailələrini razı sala bildilər. Validey-nlər məcburan razılaşdılar. Çünki cəmiyyətdə qızın sevdiyi oğlana qoşularaq qaçması adi hal olmuşdu. Sonra isə valideynlər qızın adına ləkə gəlməsin deyə oğlan evi ilə barışardılar. Sonra da toy , büsat qurulardı. Bu da adlanır sonu xoşbəxtliklə bitən hind filmi. Arif dostunun yadigarı-nı bu şəkildə qorudu, heç zaman dostuna xeyanət etmədi. Nigahları kağız üzərində idi . Gecələr ayrı yataqlarda yatar, gündüzlər isə Arif işdə olar, Ülkər isə övladına baxar, ev işlərini görərdi. böyük fədakarlığına görə Ülkər özünü borclu hesab edir, bəzən Arifdən utanırdı. Rüfət müharibədən qayıtdıqdan sonra onları birlikdə gördü amma balaca Rüfəti görəndə ruhu daha da sarsıldı, dəlicəsinə heyrətləndi . Bu körpə ona oxşayırdı, öz uşaqlıq anları yadına düşdü, kədərləndi . Amma hər şeyi anladı. Axı həmin gün içki –li olduğunda qızla əlaqədən imtina etmək gücündə olmamışdı. Bu da bir gecəlik seviş rəqsinin möhtəşəm hədiyyəsi. Uşaq atasına çox bən-zəyirdi. Rüfət Arifə və Ülkərə qarşı qəzəb duymadı. Günahkar özü idi. Uzaqdan övladına baxar, onun balaca addımlarını, yöndəmsiz yerişini həvəslə izləyər, lakin yaxınlaşmağa cürət etməzdi. Bir ömür boyu övladını və sevgilisini kənardan izləyəcəkdi . Rüfət düşündü; - Xoşbəxt olsunlar, onlara mane olmayacam, qoy öldüyümü zənn etsinlər, onsuz da eşqi nakam qalmış bütün aşiqlər ölüdür. Ülkər və oğlum balaca Rüfət mənim üçün hər zaman əlçatmaz zirvədə olsunlar. Lakin uzun illər sonra həyatın məhəbbət adlı müğənnisi başqa nəğəmələr oxuyacaqdı.
Avanqard.net
|