Əli Şirin Şükürlü - Çıxma işarəsi
23.04.14
çıxma işarəsi daha yaxşıdı. baxmayaraq, daha çox toplamadan istifadə edər adamlar.
atılmış o qəşəng qadın hər gün xərcləsə də özünü, çox sevir yeniyetmə qızını. ən böyük arzusu şərəfli və bəxtəvər ana görməkdi gələcəkdə onu. çıxmaq istəyər o qəşəng qadın həyatından gözəl əndamını tez-tez xərclədiyi anları. çıxsa yerdə nə qalar: övladını xoşbəxt görmək istəyən şərəfli ana. - qayıtmamaq müşkülmü, ana, ay ana? - hayana? hə, anladım: o ana?..
keçmiş məhbus – soyğunçuluq üstə yatıb bir neçə dəfə. kasıb yaşayır amma. heç özünü sındırmaz kasıb yaşasa da. vaxtılə yarımçıq buraxıb universiteti. intellektualdı; hətta dostoyeskini, nitşeni, freydi oxuyub məhbəsdə. tez-tez yol çəkir gözləri. bəzən xəyalən çıxar ömründən bir para şər əməlləri; azalır çıxılan. fərq – intellektual, yarımçıq universitet təhsilli qürurlu adam. - adam, ay adam... - son: onsuz da özünü edam.
istefada olan zabit iştirak edib cürbəcür savaşlarda. çoxlu təltifləri var. hər gecə yuxuda susadığından qan içir su əvəzinə. boğulur, oyanır yuxudan qan-tər içində. çıxmaq istəyir bütün mübarizələri insan həyatından. çıxa bilərsə, daima məğlubiyyətə məhkum insana qalan – daimi zəfər. - yolun harayadı, zəfər, ay səfər? - yol elə özümə; daimi səfər.
bəzən, bəlkə də tez-tez azca hissə qapılır əsərin qəhramanı bu adamlar. hesab müəllimi olsaydı o qəşəng qadın, o keçmiş qürurlu məhbus, o istefada olan təltifli zabit çıxma əməlini yəqin həvəslə öyrədərdi uşaqlara.
... – 22.04.2014
Avanqard.net
|