Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında aprelin 16-daAMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı və professor Teymur Əhmədov və filologiya elmləri doktoru Rəhim Əliyevin məsul redaktorluğu ilə buraxılmış iki cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının təqdimat-müzakirəsi keçirilib. Tədbirdə AMEA-nın əməkdaşları, tanınmış ziyalılar, şairlər, yazıçılar, güneyli soydaşlarımız, eyni zamanda kitabın redaksiya heyətinin üzvləri iştirak edib. Elmlər Akademiyasının qrifiilə yayımlanmış bu tədqiqatın birinci cildi X1X əsri əhatə edir və 2009-cu ildə Diaspora ilə iş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyii lə“Nurlar nəşriyyatı”nda 480 səhifədə çapdan çıxmışdır. İkinci cild XX əsr ədəbiyyatını əhatə edirvə 2013-cü ildə “Qanun” nəşriyyatında bu qurumun öz maddi dəstəyi hesabına 680 səhifədə buraxılmışdır. Böyük ictimai hadisə olan bunəşr Nizami adına Ədəbiyyat İnstitutunda 30 il ərzində aparılmış elmi axtarışların yekunudur.
Layihədə son iki əsrdə Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Əsas məqsəd ilk növbədə, o tayda yaşayıb yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin, mətbuat xadimlərinin işıqlandırılmasıdır. Kitabda hər konkret dövrə aid icmal oçerklər və dövrün aparıcı ədiblərinin portretləri verilmişdir. Burada Xalxali, Nəbati, Hacı Rza Sərraf, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmmədhüseyn Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər verilir.
Tədbiri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millətvəkili, xalq şairi Sabir Rüstəmxanlı açaraq bidirdi ki, əslində bu kitabın təqdimatı akademiyada olmalı idi: “Bu kimi elmi araşdırmaların aparıldığı yer AMEA-nın müvafiq institutlarıdır. Akademiyanın bu işlə məşğul olan bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk. Hər halda bizim də bir ədəbiyyat adamı kimi bu kitabları tədqim etməyə haqqımız çatır. Bu sevinci biz akademiyasız da bölüşəbilərik. Bu kitabların yaranması ideyası, Güney Azərbaycan ədəbiyyatının bizdə öyrənilməsi məsələsi Mirzə İbrahimovla başlayır. Yerigəlmişkən, Mirzə İbrahimov həm ədəbiyyat, həm cəmiyyət, həmdə ictimai fikir tariximizdə müstəsna xidmətləri olan birinsandır. O, çox böyük mütəfəkkir, alim, yazıçıidi. Bu gün onun qiyməti bəlkə də hələ yetirincə bilinmir. Mirzə İbrahimovun 1948-ci ildə Güney Azərbaycandakı hərəkat, məğlubiyyətdən sonrakı faciələr haqqında yazdığı bir neçə yazı varki, onları sakit ürəklə oxumaq mümkün deyil. Güney Azərbaycanla maraqlanan insanlar həmin yazıları oxusalar, çox şey aydınlaşar. Mirzə İbrahimov hiss edirdiki, ədəbiyyatın bağladığını heç kim bağlaya bilməz. Ən böyük siyasətə dəbiyyat, söz siyasətidir. Milli birliyin köküdə əslində o sözün birliyindədir, mənəvi birliyimizdədir. O bunu dərk edirdi.
Mirzə İbrahimovun təşəbbüsü 1977-ci ildə Akademiyada X1X-XX əsr Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yaradıldı, Cənub Azərbaycan ədəbiyyatı araşdırıldı. Bu araşdırmalar əsasında çoxcildli Cənubi Azərbaycan ədəbiyyatı Antologiyası nəşr edildi. Amma antologiya işin birinci hissəsi idi. İkinci hissə Cənubi Azərbaycan ədəbiyyatının tarixini nyazılması idi. Bu iş də başlanıldı. Görünür, ömür vəfa qılmadı, Mirzə İbrahimov özü bu ədəbiyyat tarixini nəşr edə bilmədi. Ancaq sonra bu kitabların nəşri, bu yolun davamı Teymur Əhmədov və Rəhim Əliyevin boynuna düşdü. Rəhim Əliyev məsul redaktor kimi bu işi son on il ərzində Cənub Ədəbiyyatı şöbəsində davam etdirdi. Çox sevinirəm ki, bu kitablar ərsəyə gəlib”.
S.Rüstəmxanlı dedi ki, Cənubi Azərbaycan ədəbiyyatını öyrənməkdə, nəşr etmək də çətindir: “Çünki ərəb əlifbası söhbəti var. Oçerk yazmaq, oçerkləri sistemləşdirmək belə özü çətin işdir. Bu ədəbiyyatı oxuyanda bir şeyə heyrət etdim. Bugünkü Cənub Azərbaycan ədəbiyyatı çox modern ədəbiyyatdır. Hətta bəzi cəhətlərinə görə o taydakı modern şer Quzey ədəbiyyatından irəlidədir. Baxmayaraq ki, ana dilində məktəbləri yoxdur. Bəkə də bu irəliləyişin səbəblərindən biri elə məktəblərinin olmamasıdır. Bizim indiki məktəblərimiz hamıya bir şablon düşüncə öyrədir. Amma Güney Azərbaycanda ədəbiyyata birbaşa həyatdan gəlirsən və xalq dilinin bütün gözəlliyi yazılarda qalır. Digər tərəfdən, Güney Azərbaycan ədəbiyyatında Yaxın Şərqdə baş verənlərin əks-sədası da var. Səttarxan hərəkatından Xiyabani, Pişəvəri hərəkatınadək inqilablar yer alır. Onların hamısı xəzinədir və araşdırılmalıdır.
İkicildlikdə ən çox adamı o sevindirirki, Güney-Quzeysöhbəti nisbidir. Şimal və Cənubəd əbiyyatıda ayrılmayıblar. Dildə, düşüncə tərzində ayrı deyillər. 200 ildir siyasət də bizi istəməyənlər çalışırlar ki, o tayla bu tayı ayırsınlar. Ona görə də bu kitablar ən böyük ədəbi, mənəvi hadisədir. Bizim birliyimizi göstərən bir hadisədir. Bu kitablar – Cənubda yaradılan ədəbiyyat hökmən bizim ali və ortaməktəblərimizdə daha geniş öyrədilməlidir. Öyrəndikcə gənclərimiz görəcəklər ki, Azərbaycanı heç bir sərhəd, müqavilə ayıra bilməz. Bu gün ingilis, alman dilində də yazan güneyli yeni nəsil adamları var. Onlar da araşdırılmalıdır. Hesab edirəmki, ədəbiyyat mükafatları varsa, bu ikicild həmin mükafatlara layiq görülməlidir. Rəhim Əliyev Mirzə müəllimin layiqli davamçısıdır, tələbəsidir. Mən onu, bu cildləri hazırlayan, zəhməti olan hər kəsi təbrik edirəm! İnşallah, Güney Azərbaycanla siyasi birliyimiz də olacaq. Bu ədəbi birliyin zəifləməsinə imkan vermək olmaz. Ədəbiyyat ən etibarlı körpüdür”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev məsul redaktoru olduğu kitab haqda ümimi məlumat verdi: “Əvvəlcə Mirzə İbrahimov barəsində bir-iki kəlmə demək istəyirəm. O, 21 Azər Hərəkatında birinci adam idi, yəni hərəkatı idarə edən gizli Üçlüyün rəhbəri olub. Stalinin Pişəvəri hərəkatı ilə bağlı təsdiqləmədiyi və partiya Siyasi Bürosunun qərarı olmayan hansısa sənəd yoxdur. Üçlüyün tərkibi də Ümumittifaq Siyasi Bürosu tərəfindən təsdiqlənib. Bunlar mayor Mirzə İbrahimov sədr, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi xalq komissarının birinci müavini, general-mayor Ağasəlim Atakişiyev və Həsən Həsənov üzv olub. Hesab edirəm ki, Mirzə İbrahimovun Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı bu işləri görməsi divan tutulmuş hərəkata, qətlə yetirilmiş 30 min soydaşımıza daxilində hiss etdiyi mənəvi məsuliyyətdən, müəyyən günah hissində irəli gəlirdi. Ona görə də 1977-cı ildə İranda inqilabın əlamətləri seziləndə AMEA-da Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi açıldı və Mirzə İbrahimov da həmin işləri davam etdirməyə, unutmadığı mübarizə yoldaşlarının prinsiplərini yeritməyə başladı. Bu kitabın redaksiya heyətinin üzvü Mirzə İbrahimov, Teymur Əhmədov və bir də mənəm.Teymur müəllim olmasaydı, bu kitabları çap etdirə bilməzdik. Çünki bu kitablar institut və akademiya instansiyalarının hamısından keçməyib.
Mirzə İbrahimov ilkin olaraq Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı dörd cildlik antologiya nəşr etdirdi. Həqiqətən də bunu ardınca Cənubi Azərbaycan ədəbiyyatına aid böyük bir ədəbi məktəb meydana gəldi. Cənubi Azərbaycan ədəbiyyatı olduqca zəngindir. Mirzəli Möcüzün 1946-cı ildə bir əlyazmasını Mirzə İbrahimova vermişdilər. Həmin vaxt onun ölümündən on il keçmişdi və 1921-ci ildə cəmi iki şeiri çap olunmuşdu. Ancaq indi onun barəsində üç doktorluq dissertasiyası yazılıb, Azərbaycanda, Türkiyədə və ABŞ-da kitablar buraxılıb. Bu da Mirzə İbrahimovun layihəsinin nəticələrinin nə qədər böyük olduğunu göstərir. Cənubi Azərbaycanın ədəbiyyati cildlərinin mənbə siyahısına baxanda adam heyrətə gəlir. İranda da, mühacirətdə də Cənubi Azərbaycan ədəbi məktəbləri var. Türkiyə və Azərbaycan da Cənubi Azərbaycana böyük önəm verilir, bununla bağlı kitablar buraxılır, tədqiqatlar aparılır. Cənubi Azərbaycanda da fərqli də olsa, belə bir proses gedir. Mirzə İbrahimov yalnız sakit şəkildə öz işini görürdü, yəni heç bir hay-küy salmırdı. Onun işgüzarlığı da bir məktəb idi”.
Onun sözlərinə görə, Cənub Azərbaycanın ədəbiyyat tarixinə nəzər saldıqda Arazın hər iki tayı arasında elə bir ayrılığın olmadığı görünür: “Bütün ideyalar, bizdə olan məsələlərin hamısı Cənubda da olub. Məsələn, Məşrutə İnqilabı zamanı əncümənilər yığıldıqları iclası açmamış minbərədn Mirzə Ələkbər Sabirin şeirləri ilə oxunubdur. Bundan sonra Cənubi Azərbaycanda Mirzəli Möcüz poeziyası yarandı. 1930-cu illərdə bizdə ədəbiyyat tarixçiliyi yarandı. Nəriman Nərimanovun rəhbərliyi altında klassik ədəbiyyat çap olundu. Cənubi Azərbaycanda isə Məhəmmədəli Tərbiyət meydana çıxaraq “Daneşməndani Azərbaycan” kitabını 1935-ci ildə Tehranda fars dilində çap etdirdi. M.Tərbiyət Nizami Gəncəvinin 10-12 türkcə yazılmış nəzirəsini göstərir ki, heç bizim alimlərimizin hələ də onlardan xəbəri yoxdur. O, Azərbaycan ədəbiyyatının məhək daşı olan Mirzə Fətəli Axundova, həmçinin Abbasqulu ağa Bakıxanova dəqiq qiymət verib. Yəni Şimalla Cənubun siaysi, elmi, ədəbi-mədəni birliyi qırılmaz olub və indiyədək də davam edir. Məsələn, Səməd Vurğun 1930-cu ilərdə ədəbi çevriliş edərək xalq şeiri üslubuna keçdi. Həmin vaxt Cənubi Azərbaycanda da heca vəznli şeir üslubu formalaşdı. Bunu Həbib Sahirin, Etimadın daha sonra Səhəndin və digərlərinin yaradıcılığında görə bilərik. Yəni Cənubi Azərbaycan ədəbiyyatı Səməd Vurğunun ədəbi irsindən təsirlənib və türkcə yazan böyük şairlər də onu seviblər, pərəstiş ediblər”.
Rəhim Əliyev vurğuladı ki, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildi Mirzə İbrahimovun zamanında hazırlanıb: “Biz də indi onun qoyduğu klassik prinsipi davam etdiririk. Bu kitablara yalnız Cənubi Azərbaycanda yaşayıb-yaradan ədəbiyyat adamlarını daxil etmişik. Biz hesab edirik ki, orada zülmlərə və təzyiqlərə dözmək, farsca oxuyub türkcə yazmaq böyük hünərdir. Azərbaycanda və xarici ölkələrdə yaşayıb-yaradanları da daxil etsəydik də, gərək daha bir necə cildlik kitab ortaya gələrdi. Biz bunu Cənubi Azərbaycan üçün yazmışıq”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, kitabın müəlliflərindən biri İslam Qərib bildirdi ki, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildi “Gülüstan” müqaviləsindən 1900-cu ilə qədər olan ədəbiyyatı əhatə edir: “Bu cilddə XIX əsrdə Cənubi Azərbaycanda yaşamış bir sıra görkəmli sənətkarlar haqda oçerklər, həmçinin “Gülüstan” müqaviləsindən sonra Cənubi Azərbaycandakı ədəbi hərəkat, proses barədə icmallar verilib. Bunlar da ayrılığın xalqlar arasında deyil, dövlətlər arasında yarandığını göstərir. Nə qədər tikanlı məftillər çəkilsə belə, Azərbaycanın o tayı da, bu tayı da mənəvi və mədəni cəhətdən qətiyyən bir-birindən ayrı düşməyib. Məmmədbağır Xalxali, Mirzə Mehdi Şükuhi, Hacı Rza Sərrafi necə yazıbsa, təxminən həmin stildə Mirzə Ələkbər Sabir, Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi də yazıb”.
Onun sözlərinə görə, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının ikinci cildində millətçi olduqları üçün İranda qəbul edilməyən, Sovet Azərbaycanında da əvvəlcə qəbul edilsə də, sonradan sıxışdırılaraq məhbəslərdə çürüdülən, üstündən xətt çəkilmiş ədəbiyyat adamları yer alıb: “Bunlardan biri də Məhəmməd Biriyadır. Bu şəxsi XX əsrdə Mirzə Ələkbər Sabirdən sonra ən böyük satiriklərdən hesab etmək olar. Eyni zamanda XX əsr Azərbaycan ədəbiyyatında tədqiqinə, araşdırılmasına qadağa qoyulan şəxsiyyətlərdən biri Məhəmməd Biriyadır. Bundan başqa, kitaba cəmi 22-23 il ömür sürmüş, vətən, millət və el yolunda canını fəda etmiş Səid Salmasini daxil etmişik. Yəni “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitablarını oxuyan şəxs Cənubi Azərbaycan ədəbiyyatının yalnız Məhəmmədüseyn Şəhriyardan ibarət olmadığından və peoziya üslubunda inkişaf etmədiyindən xəbərdar olacaq. Yəni XX əsrdə Cənubi Azərbaycan ədəbiyyatında gözəl nəsr, dramaturgiya yaranıb. Bu kitab 30 illik əməyin məhsuludur, şöbənin əməkdaşları kollektiv şəkildə bunun üzərində işləyib. Əslində bu kitabı ərsəyə gətirməklə Vahid Azərbaycan prinsipini ortaya qoymuşuq”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Vüqar Əhməd kitabdakı üç sima ilə bağlı oçerklərin müəllifi olduğunu söylədi: “Mən həyatımın 20 ilini Güney Azərbaycan ədəbiyyatına, tarixinə və musiqisinə həsr eləmişəm. Güney Azərbaycan musiqisi ilə bağlı teleradioda musiqilər, konsertlər təşkil etmişəm. Güney Azərbaycan tarixi, ədəbiyyatı, poeziyası ilə bağlı dövrü araşdırıram. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının ərsəyə gəlməsi də əlamətdar hadisədir. Bu da bizim şöbənin əməkdaşlarının hamısının zəhmətinin bəhrəsidir. Bu layihə Mirzə İbrahimova məxsusdur, ancaq indi onun davamçısı Rəhim Əliyev bu işi görür”.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “XX əsr ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmlər doktoru Şirindil Alışanov dedi ki, ədəbiyyat tarixini yazmaq çox çətin məsələdir: “Azərbaycan ədəbiyyatı tarixinin 7 cilddə buraxılması nəzərdə tutulub. Artıq Azərbaycan ədəbiyyatı tarixinin 4 cildi çapdan çıxıb və ən qədim dövrdən XIX əsrə qədər olan dövrü əhatə edir. Beşinci cild XX əsrin əvvəllərini əhatə edəcək. Altıncı və yeddinci cildlərdə isə Sovet dövrü, Cənubi Azərbaycan ədəbiyyatı, müstəqillik dövrü və mühacirət ədəbiyyatı yer alacaq. Bundan əlavə, Azərbaycan fəlsəfə tarixi iki cilddə, siyasi tarix üç cilddə, ədəbi dil tarixi buraxılıb”.
Onun sözlərinə görə, Mirzə İbrahimov böyük təşkilatçı idi: “Əgər Mirzə İbrahimov olmasaydı, AMEA-da Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi də olmazdı. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitablarının ərsəyə gəlməsində Teymur Əhmədovun da böyük rolu var. Bizim hazırladığımız “Azərbaycan ədəbiyyatı tarixi” kitabının yeddinci cildinin üçdən birini Cənubi Azərbaycan ədəbiyyatı təşkil edir. Ancaq Söhrab Tahir, Balaş Azərolu, Mədinə Gülgün və Hökumə Bülluri Güney Azərbaycanla bağlılıqlarına baxmayaraq burda yaşayıb yaratdıqlarına görə “Azərbaycan ədəbiyyatı tarixi” kitabının altıncı cildində Şimali Azərbaycan ədəbiyyatçıları kimi təqdim olunublar.
Hazırda Cənubi Azərbaycanda çox böyük ədəbi hərəkat var. Bu iki cild kitabı prezident fərmani ilə latın qrafikasında buraxılan kitabların siyahısına təqdim etmək lazımdır və ən azı on min tirajla buraxılmalıdır. Çünki belə dəyərli bir kitab üçün 300 tiraj çox azdır”.
Ş.Alışanov həmçinin hazırki nəşr siyasətini də tənqid edib: “Hazırda Azərbaycanda kitab nəşr etmək, naşirlik çox çətin məsələdir. Çünki nəşriyyat sistemini məhv ediblər, mətbəələrin sayı kifayət qədərdir. Axı mətbəə nəşriyyat deyil. Hazırda peşəkar redaktor, korrektor qəhət olub, kitablar başdansovdu buraxılır. Ümumiyyətlə, nəşriyyatlar vergi, yoxlama sistemindən azad edilməlidir. Qəzet və jurnallar, dərsliklər və prezident fərmanı ilə buraxılan kitablar vergidən azad olunub, onlardan yalnız əlavə dəyər vergisi tutulur. Axı bundan dövlət büdcəsi nə böyük gəlir götürür? Ona görə də kitabların qiyməti baha olur. Dövlət qurumları, dövlət kitabxanaları kitabları almır”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, professor Qurban Bayramov vurğuladı ki, istər bədii, istərsə də elmi ədəbiyyat olsun, onun ictimai funksiyası var: “Ədəbiyyatın, ədəbiyyat elminin funksiyası var və bu da “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabında özünü bariz şəkildə göstərib. Bu kitab ağır elmi, fiziki və mənəvi zəhmətin bəhrəsidir. Ümumiyyətlə, ədəbiyyata kommersiya baxımından da yanaşmaq lazımdır. Bu kitab böyük tirajla buraxılmalıdır, həmçinin ərəb əlifbası ilə çap edib Cənubi Azərbaycanda, diaspora təşkilatlarında yaymaq lazımdır. Bu kitabları xarici ölkələrdə yaşayan azərbaycanlıların da oxuya bilməsi üçün elektron variantını hazırlayıb elektron resurslara yerləşdirmək lazımdır. Yəni bizim əməyimiz, zəhmətimiz bar gətirən ağacın meyvəsi kimi dibində çürüməsin”.
Filologiya elmləri namizədi Aslan Salmansoy kitabı əlyazmada oxuduğunu, onda korrektə işləri apardığını, müəyyən mənbələri dəqiqləşdirdiyini, həmçinin müəyyən redaktə işləri apardığını söylədi: “Həqiqətən bu kitabı oxumağım mənə çox xeyir verib. Çünki hamı kimi mən də Cənubi Azərbaycan ədəbiyyat adamlarının bir hissəsini tanıyırdım, ancaq bu kitabı oxuyandan sonra onların əksəriyyəti haqda məlumat əldə etdim. Bu da mənim üçün çox faydalı oldu. Həqiqətən Rəhim Əliyev bu kitabın meydana gəlməsində böyük təşəbbüsü, əməyi olub. Onun Cənubi Azərbaycan ədəbiyyatına olan meyli, marağı kitabın müqəddiməsindən və danışığından da sezilir. Bu maraq sanki Mirzə İbrahimovun özünə olan maraq qədərdir. Yəni Rəhim Əliyevin Mirzə İbrahimova olan sevgisi, ehtiramı onu Cənub mövzusuna müraciət etməyə sövq edib. Rəhim Əliyev həqiqətən Mirzə İbrahimovun davamçısıdır, layiqli varisidir və öz əməli ilə də bunu sübut edib. Kitaba nəzər saldıqda isə müəlliflərin öz işlərinə çox məsuliyyətlə yanaşdıqları, dərindən araşdırmalar apardıqları görünür. Bu kitabda yeni yanaşma, yeni metod var”.
Sabiq təhsil naziri, türkoloq, professor Firidun Cəlilov (Ağasıoğlu) belə bir kitabı ərsəyə gətirdiklərinə görə redaksiya heyətinin üzvlərini təbrik edib: “Hər kəs Rəhim Əliyevi ədəbiyyatçı kimi təqdim etsə də, ancaq o, həm də klassik türkoloqdur. Yəni nə qədər ədəbiyyatçı olsa da, o qədər də dilçidir. Biz Azərbaycan ədəbiyyatşünaslığını, dilşünaslığını yaradanların tələbələri olmuşuq. Ancaq indi təəssüflər olsun ki, həmin universitetin koridorlarında cilızlaşma grdir, adamın ürəyi ağrıyır. Çünki elmimizdə cırlaşma gedir”.
Professor Cəmil Həsənli bildirdi ki, bu kitab doğrudan da Cənubi Azərbaycan ədəbiyyatının akademik nəşridir və Azərbaycan elmi üçün böyük nailiyyətdir: “Cənubda gözəl bir ədəbiyyat var və bu ədəbiyyatın da elmi cəhətdən işlənilməsinə böyük ehtiyac var idi. Kollektiv də bunu böyük uğurla yerinə yetirib. Yəqin ki, bu kitabı oxuyanlar bir daha asılı xalqların taleyinin ədəbiyyatdan keçdiyinə əmin olacaqlar. Ədəbiyyat asılı xalqları saxlayan ən mühüm amildir. Çünki dövləti, milli idarəsi olmayan bir toplum, xalq özünü yaşatmağa vasitələr axtarır və bunlardan da ən mühümü ədəbiyyatdır. Digər tərəfdən, Azərbaycanın şimalında da, cənubunda da qəribə bir tarixi proses var. Hər bir millətin milli dirilik uğrunda mübarizəsi milli dil uğrunda mübarizədən keçir. Ona görə də milli dildə yaranmış ədəbiyyatın elmi təsvirini yaratmaq Azərbaycan elmi qarşısında mühüm bir vəzifə idi və bu kollektiv də bunu həyata keçirib”.
Onun sözlərinə görə, bu kitab Mirzə İbrahimovun xatirəsinə ucaldılmış ən böyük abidədir: “O buna layiqdir. Əgər nə vaxtsa Azərbaycanın müstəqilliyinə abidə qoyulsa, onun böyük bir hissəsi Azərbaycan ədəbiyyatını, ədəbi simalarını özündə ehtiva etməlidir. Həmin ədəbi simalardan biri də Mirzə İbrahimovdur. AMEA-da Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin açılması ilə bağlı maraqlı bir epizodu qeyd etmək istərdim. Mirzə İbrahimov Azərbaycan Yazıçılar İttifaqından çıxarılandan sonra bir müddət cəmiyyətdən təcrid olunmuş vəziyyətdə idi və nəyəsə ehtiyacının olması ilə bağlı da heç kəsə müraciət etməyib. Mirzə İbrahimovdan bir səs çıxmayanda mərhum Heydər Əliyev Azad Şərifovu onun yanına, bağa göndərir. Mirzə müəllim şəxsi mənada hansısa ehtiyaclarının ödənilməsini deyil, yalnız Akademiyada bu Cənub şöbənin yaradılmasını və özünün də sədr təyin edilməsini istəyir.
Bu kitablar da Mirzə İbrahimovun uzaqgörənliyinin məhsuludur. Elmə qoyulan investisiya heç vaxt itməz. Bu gün bu kitabların ərsəyə gəlməsi həmin şöbələrin doğru-düzgün yaradılmasının, Azərbaycan elmi üçün lazımi şöbələr olmasının nəticəsidir. Kitabdakı bəzi mövzularla tanışam. Doğrudan da Cənubi Azərbaycan ədəbiyyatının mükəmməl elmi təhlili əks olunub. Ona görə də bu kitabın ərsəyə gəlməsində böyük əməyi olan Teymur Əhmədovu, Rəhim Əliyevi və kollektivi təbrik edirəm”.
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel Azərbaycan dövlətinin birinci ideologiya institutunda belə bir ortamın olmamasına, bu cür işlərin görülməməsinə görə təəssüfləndiyini söylədi: “Güney Azərbaycan ədəbiyyatını ilk dəfə öyrənən Mirzə İbrahimov olmayıb. Məhəmməd Əmin Rəsulzadə 1928-ci ildə yazdığı “İran türkləri” kitabında böyük bir bölümü Güney Azərbaycan ədəbiyyatına həsr edib. Ona görə də Güney Azərbaycan ədəbiyyatı öyrənilməsinin 40-50 il geriyə çəkilməməsini xahiş edirəm”.
“Ulduz” jurnalının poeziya şöbəsinin redaktoru Fərqanə Mehdiyeva vurğuladı ki, Güney Azərbaycanın ən yaralı yerlərimizdən biridir: “Mənim də yaralarımı sarıyan bir yerdir. Bu yaxınlarda Təbrizə gedəcəyəm və bu kitabı sevə-sevə öz güneyli qardaşlarımıza aparacağam. Bu kitabın da öz mükafatını tez almasını arzulayıram. Çünki indi istedadlıya da, istedadsıza da eyni qiyməti verirlər. Həmin istedadsızlar istedadlının öz mükafatını almasına imkan vermirlər. 40-50 kitabı, şeiri, adı olanlan var, ancaq nə kitab, nə şeir deyil, nə də həmin ada layiqdirlər”.
Hazırda İsveçdə mühacirətdə yaşayan güneyli soydaşımız, “Bütöv Azərbaycan” Televiziyasının (BATV) rəhbəri Cavad Derəxti də Güney Azərbaycan ədəbiyyatına dəyər verdiklərinə və belə bir kitaba ərsəyə gətirdiklərinə görə kollektivə öz təşəkkürünü bildirdi.
Avanqard.net