“Ədəbiyyat” qəzeti yeni formatda çap edilib
14.04.14
“Ədəbiyyat” qəzetinin yeni sayı işıq üzü görüb. Ədəbiyyat” qəzetinin yeni sayı həm çap edilən materiallar, həm də format baxımından əvvəlki variantından xeyli fərqlənir.
Elçin Hüseynbəylinin baş redaktorluğu altında qəzetin ilk sayı artıq oxucuların marağına səbəb olub. İlk səhifədə “Baş redaktordan” adlı yazıda deyilir: “Dilindən, dinindən, irqindən, dünyabaxışından, ədəbi zövündən asılı olmayaraq hər kəslə əməkdaşlığa hazırıq. Yetər ki, bizə maraqlı, duyğusal, düşündürücü yazılar göndərəsiniz”.
Qəzetin bu sayında Xalq Yazıçısı Anarın müsahibəsini, Qulu Ağsəsin şeirlərini, Sevinc Mürvətızı və Xəyal Rzanın fərqli mövzularda yazılarını, Vaqif Yusiflinin “İlin ədəbi yekunları” adlı məruzəsini, Xalq Yazıçısı Çingiz Abdullayevin 55 illik yubileyi ilə bağlı Elxan Zalın “Məxvi savaş cəngavəri: Çingiz Abdullayev” və Aydın Xanın “Çingiz Abdullayev: Milli kreativ brendimiz” başlıqlı məqalələrini, Fərid Hüseynin tərcüməsində Orxan Pamukun “Dostoyevsknin dəhşətli “Şeytanlar”ı” essesini oxuya bilərsiniz.
Bununla bərabər qəzet maraqlı layihələrə də başlanılıb. “Ulduz” jurnalı ilə “Ədəbiyyat” qəzetinin birgə layihəsi olan “Varyasiya” tərcümə layihəsi, eləcə “Eyni suallar”, “Hər şairdən beş şeir” layihələri hər həftə davam edəcək.
Avanqard.net
|