Şahbaz Xuduoğlu - Heminqueydə “Nə var, nə yox” haqqında

14.04.14

Uşaq vaxtı “Qoca və dəniz” əsərini oxumuşdum. Dənizçının dodaqlarının çat verməsi, şirin suya olan ehtiyacı inanılmaz izlər buraxmışdı məndə.

Heminquey barədə həmişə təzadlı fikirlər eşitmişəm. Onu primitivlikdə qınayırlar: populizmə qaçır, çox oxunur, kütləvidir, İntellektdən heç nə yoxdur...

İntellektuallar əsasən Kafkanı və Folkneri oxuyarlar. Bəlkə də soruşsan Folknerdə səni çəlb edən nədir, heç bir tutarlı cavabı olmayacq.

Ortada iki qütbə bölünən oxucu var, Folknerçilər və bir də Heminqueyçilər, yəni intellektuallar və qeyriləri. Bu iki zirvəni Dostoyevski və Tolstoyla müqayisə etmək olar.

Uşaq vaxtı “Qoca və dəniz” əsərini oxumuşdum. Dənizçının dodalarının çat verməsi, şirin suya olan ehtiyacı inanılmaz izlər buraxmışdı məndə.
İndi də boz səhralardan keçəndə, dənizin şor suyunu dadanda həmişə bu əsəri xatırlayıram.

“Kilimancaro qarları”nda Heminquey tam başqa bir yazıçıdır. Reallıqla irreallıq arasında son dərəcə incə keçidlər edir, yuxu və həyat, arzu və reallıqlar- çırpınan iki qanad kimidir.

Heminquey burada tam fəqlidir. O düşüncə axınını qələmin ucuna yönəldə bilim. Düşüncələr, arzular, xəyallar sel kimi axır. Yazıçının ustalığına valeh olursan.

“Klassiklər” seriyasından onun daha bir kitabını nəşr etdik “Ya var, ya yox (To Have and Have not). Yenə dəniz, yenə balıqçılar, şəhər həyatı, kasıblıq, həyat uğrunda mübarızə, qaçaqmalçılar, kişilərin qazanclarına möhtac olan Amerika ailəsi.

İnsan alverçisi, əslən çinli olan mister Sinq təcrübəli dənizçi Harrinin qayığını kirayə götürür. Artıqlaması ilə pulunu ödəyir. Harri 12 nəfər çinlini aparmalı amma geri qaytarmamalıdır. Yəni hardasa dənizə batırmalıdır. Başqa, daha yaxşı həyata can atan çinlilər fırıldaqçı Sinqə küllü miqdarda pul ödəyirlər ki, təki başqa yerə gedə bilsinlər. Amma onları qarşıda nələr gözləyir, kimsə xəbərsidir. Yüzlərlə belə insanlar gedib və geri dönməyiblər. Hamıya elə gəlir ki, əgər geri dönməyiblərsə demək yaxşı bir həyata düşüblər. Daha xəbərləri yoxdur ki, onlar sadəcə dənizin dibinə gömülüblər.

Harri sələfləri kimi etmir, yəni 12 nəfəri öldürməkdənsə bir nəfəri, elə o qayığı kira edən Sinqi öldürür.
Bu əsərdən qısa bir epizoddur. Ən yaxşı obrazlardan biri də arvadını təngə gətirmiş yazıçıdır. Əlbəttə, bu elə Heminqueyin özüdür.

Bütün əsərlərində mütləq ya bir yazıçı var, ya da bir yaradıcı adam . Və mütləq onun yanında bir varlı, kübar bir xanım var və mütləq o xanımın gözü ətrafda daim kimisə axtarır. Heminiqueyin əsərlərində olan yazıçıların hamısnın arvadları xəyanətə meyillidirlər. Yazıçılar isə daim obraz axtarışında, müşahidə məqamları seçməkdədir.

Həmişə sonda o tənhadır. Hamı tərəfindən atılmış halda ya xəyallarının dalınca uçur, ya da kimlərsə onu kefli, səndəlləyə-səndəlləyə gedən görür.

Məncə bu əsəri hər bir kişi oxumalıdır. İnsanları tanımaq, yaşamaq uğrundan mübarizə aparmaq baxımından xeyli öyrənməli məqamlar var.
“Ya var, ya yox” məgrurluq, cəsurluq, qorxmazlıq haqqında bir kitabdır.

Mütləq sonda bir mühüm məsələni qeyd edim. “Kilimancaro Qarları” və “Ya var, ya yox”u Mahir Qarayev tərcümə edib. Mahir Qarayevi əvvəllər də tanıyırdım. Rəsmi münasibətimiz olub. Hər iki əsərdən sonra ona tam başqa cür baxıram. İndi, Mahir çox əziz və çox vicdanlı, rəğbətlə yanaşdığım biridir. Oxuduqca onun əziyyətini hiss edirsən. Axtarışları, yeni söz tapanda sevinci mətnin içindən aydın görsənir. Hər iki əsərin Mahir usta qələmindən çevrisi dərhal bilinir.

P.S
Əgər evinizə iki çörək alırsınızsa birini almayın, pulunu kitaba verin. Uşaqlıarınızı kitabla sevindirməyi bacarın. Yeni kitab görəndə sevinən uşaq sadəcə xoşbəxtlikdir.

Baxın milyonları olan insanlar var, amma yenə pulları azlıq edir. Yenə qazanmaq istəyirlər. Demək ac olan düşüncədir, qarın deyil.
Biz insanlarımızın düşüncəsini qidalandırmalıyıq. O qida isə yalnız kitabla mümkündür. /aznews.az/

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.