Yeganə Cansail - Dünyanın ən qatil sükutu...
10.04.14

Esselər

15 illik ayrılığın ilk görüş günü idi. Ailənin kişisi onları atıb gedəndə uşaqların 5-6 yaşı olardı. İndi qarşısında yetişkən qızları və saçlarına dən düşmüş yoldaşı dayanmışdı. Aralarındakı dəmir şəbəkələr 15 illik ayrılığın kədərindən, nifrətindən, təklik və həsrətindən daha vahiməli sədlər hörmüşdü. 3 hərflik ata kəlməsi indi dünyanın ən ağır qurğuşununa çevrilib boğazlarında düyünlənmişdi...
O, həmin gündən bütün ömrünə yadigar qalan, ən ağır xatirəsini daşıyırdı ürəyində: atası hönkürməmək üçün gözlərini bərəldib tez-tez udqunurdu, gözləri ya döşəməyə, ya da dəmir barmaqlıqlara zillənirdi. Dolmuş gözləri, qəhərlənmiş boğazı heç danışmağa da imkan vermirdi... 15 il görmədiyiniz ən yaxın doğmanızla bir gün üzləşsəydiniz, ona ilk sözünüz nə olardı? Bəli, mənim qəhrəmanlarım da dünyanın ən qatil sükutuna tuş gəlmişdilər. Ata cibindən əl dəsmalını çıxarıb dəmir barmaqlığların arasından qızına uzatdı: “Ağlama”. Qəhrəmanımın ilk sözü bu oldu.
Onları kənardan, ürəkağrısıyla müşahidə edən həbsxana işçisi istəməsə də vəzifə borcunu yerinə yetirərək  yaxınlaşıb görüş vaxtlarının bitdiyini dedi. Yenə dünyanın ən qatil sükutu qonaq gəldi... qız dəsmalı ovcunda sıxdı. Ata dəsmalını istədi... əl dəsmalını bağışlamaq ayrılıqdır... lənətə gəlmiş ümid. Necə də inanırdı, onları yenidən görəcəyinə...
Bu dəfə qaydalar pozuldu. Onlar dəmir barmaqlıqlar arxasından yox, bir-birinə sarılaraq vidalaşdılar.  Qız başını atasının çiyninə qoyub hönkürürdü. Ata üzünü çevirib suvanmış boş divarlarda suallarına cavab  axtarırdı. Ətrafda hamı başını yerə dikmişdi. Heç kəsin “görüş vaxtınız bitdi” deməyə dili gəlmirdi...
lll
Hardansa tapdığı ayaqqabı bağlarını bir-birinə düyünlədi, sonra böyük bir halqa düzəldib boynuna keçirtdi. İpi kameranın balaca dəmir barmaqlıqlı nəfəsliyindən bağladı. Ayaqlarını çəkəndə ip boynunu kəsdi və qırıldı. Sınmış sağ əlinin ağrısından həmin gün səhərə qədər yatmadı. Bir həftədən sonra qız atasından aldığı məktubdakı xətti bu dəfə tanımadı.
 
Müqəddəs yağışlar

Hələ balaca idi. Evin ən böyük övladı idi. O, yaşıdlarından fərqli olaraq uşaqlığını itirmişdi. Zaman onu məsuliyyət məkanına götürmüşdü. Həmin gün dünyanın ən müqəddəs yağışları yağırdı... yataq xəstəsi olan anası və bacıları çörək yemək üçün pul gözləyirdilər. Evin qarşısında, yağışın altında, boş küçələrində dayanıb tum satan qızcığaz hələ də kiminsə ona yaxınlaşıb tum alacağı ümidinə böyük inamla bel bağlamışdı. Bacıları ayaqlarının altına stul qoyub pəncərədən ona baxırdılar. Uzaqdan qaraltını görüb sevinclə şüşəni sildilər. Deyəsən kimsə yaxınlaşıb nəsə almaq istəyirdi... kommunal ödənişləri toplayan sarışın tanış simanı görəndə təəssüfləndilər. Qaraltı qapıya yaxınlaşdı. Qapı döyüldü. Başındakı papağından damcılar süzülüb ayaqqabılarının üstünə düşdü:
– Evdə böyük yoxdu?
– Var, anamız. Amma yatıb.
Kişi əlini küçəyə uzatdı, qaşlarını çatıb:
– O uşağa yazığınız gəlmir? Bu yağışda soyuqlayar axı...
Həmin gün dünyanın ən müqəddəs yağışları sonuncu dəfə yağdı.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.