Aqata Kristinin "Rocer Ekroydun qətli" romanı çap olunub
10.04.14
"Qanun" Nəşrlər Evində Aqata Kristinin "Rocer Ekroydun qətli" romanı çap olunub.
Kinqs-Əbbot müəllifin düşüncəsinin məhsulu olan sadə İngiltərə kəndidir. Sakit, əsasən qocaların və qadınların yaşadığı, cavanların baş götürüb qaçdığı bu kənddə missis Ferrarenin ölümüylə sükut pozulur. Onun ardınca kəndin iki zənginlərindən biri olan Rocer Ekroyd qətlə yetirilir. Müəllifin bir çox əsərlərinin qəhrəmanı xəfiyyə Erkül Puaro qətli araşdırmağa başlayır. Ona bu işdə doktor Ceyms Şeppard yardımçı olur. Bir çox şübhəlilər – Ekroydun qulluqçuları, yaxınları dindirilir, xəfiyyə oxucunu gərgin vəziyyətdə saxlayan eksperimentlər aparır.
Romanın ən maraqlı cəhətlərindən biri isə onun gözlənilməz sonluğudur. Əsəri məşhur edən, həm də kimsənin ağlına gəlməyəcək sonluq...
Bakı, Qanun Nəşriyyatı, 2014 292 səhifə. 1000 tiraj
Ruscadan tərcümə: Nadir Qocabəyli Nəşriyyat redaktoru: Rövşən Hacıbəyli
|