"Qanun" nəşrlər evi Heminqueyin romanını çap edib
09.04.14
ERNEST HEMİNQUEY - YA VAR, YA YOX
Romanın baş qəhrəmanı – floridalı balıqçı (Heminqueyin şah əsəri “Qoca
və dəniz”dəki qoca Santyaqonun cavanlığını xatırladan) Harri Morqan
ailəsini dolandırmaq üçün qazanc məqsədilə ağlasığmaz risklərə getmək
məcburiyyətində qalır. Sonuncu risk ona baha başa gəlir – bankı qarət
edən Kuba inqilabçılarının niyyətini anlayan Harri onları öldürməli
olur. Dörd qarətçini təkbaşına məhv edən Harri bu vaxt ölümcül
yaralanır; sahil mühafizəsinin qayığı onu xəstəxanaya çatdırsa da,
Harrinin həyatını xilas etmək mümkün olmur.
Roman Hollivudda üç
dəfə ekranlaşdırılıb (1944, 1950 və 1958-ci illərdə). Bunlardan ən
maraqlısı Uilyam Folknerin ssenarisi əsasında çəkilən birinci ekran
əsəridir. Folkner romanın süjet xəttində xeyli dəyişiklik və əlavələr
etsə də, tamaşaçılar və kino tənqidçiləri məhz onun ssenarisi əsasında
çəkilən filmi daha yüksək qiymətləndirirlər. XX əsr dünya
ədəbiyyatında xüsusi yeri olan məşhur Amerika yazıçısı, Nobel mükafatı
laureatı Ernest Heminqueyin (1899-1961) “Ya var, ya yox” romanı
yazıçının yaradıcılığında mühüm yer tutan dəyərli əsərlərdəndir.
Bakı, Qanun Nəşriyyatı, 2014 236 səh. 1000 tiraj 6.99 AZN
Ruscadan tərcümə : Mahir N.Qarayev Redaktor: Xalid Kazımlı
|