Mirmehdi Ağaoğlu - İsa Hüseynov haqda Hollivud filmi
09.04.14

2001-ci ildə çəkilmiş “Ka-Paks Planeti” adlı amerikan filmi var. Film Cim Bryuer adlı Amerika yazarının eyniadlı romanı əsasında ekranlaşdırılıb. Baş rollarda Kevin Speysi və Cef Brices oynayır.
 
Bu filmə baxanda gözümün qabağına İsa Hüseynov gəlmişdi. Bu yazı da elə İsa Hüseynov (İsa Muğanna) və onun Odər dünyası haqqında olacaq. Ancaq əvvəl gəlin sizə filmin süjetini danışım.
 
Bir gün göydən düşmüş kimi, Nyu-York vağzallarından birində üstündə sənədi-filanı olmayan Port adlı bir adam peyda olur. Port iddia edir ki, Ka-Paks planetinin nümayəndəsidir.
 
Bizim ölkədən fərqli olaraq Amerikada, küçədə belə adama rast gələndə onunla məzələnmirlər. Bir “talpa” adam başına yığışmır. Portu psixi xəstəxanaya yerləşdirirlər. Orada Mark Pauell adlı psixiatr onu müayinə edir.
 
Port gəldiyi planet, ordakı həyat, astronomiya haqqında elə dəqiq danışır ki, nəinki xəstəxanadakı xəstələr, hətta həkimlər də bu qəribə adama inanmağa başlayır.
 
Psixiatr onda psixi xəstəliyin simptomlarını aşkar edə bilmir. Doğurdanmı o düz deyir? Həqiqətənmi Port Ka-Paks adlı planetdən gəlib?
 
Pauell kapakslı ilə görüşə astrofizikləri dəvət edir. Ancaq Port astronomiyaya aid cavabları ilə, xüsusilə gəldiyi planetin dəqiq trayektoriyasını söyləməklə onları heyrətləndirir. Halbuki, bu planeti bir neçə il öncə o astrofiziklərdən biri kəşf edib və bu barədə çox az adam bilir.
 
Onda Pauell metodiki üsula əl ataraq xəstəni dərin hipnoz vasitəsilə müayinə edir. Axtarışlar uğurla nəticələnir. Alınan nəticələr hansısa yadplanetliyə deyil, adi insana məxsusdur.
 
Port əslində Robert Porter adında bir adamdır. Porterin evinə oğru girib arvadını körpə qızı ilə birgə qətlə yetirir. Bu dəhşəti görən Porter qatili öldürür, sonra özünü çaya atır. Amma axtarışlar səmərə vermir. Porterin cəsədi tapılmır.
 
Həkim bu qənaətə gəlir ki, Port elə Porterdir. Portun 27 iyul – Yer planetini tərk edəcəyini bəyan elədiyi gün isə o, dəhşətli faciənin 5 illiyinə təsadüf edir.
 
Göründüyü kimi bu hadisənin kökündə böyük bir faciənin insan psixikasındakı dəyişikliyi dayanır. Portun uydurmaları nə qədər dəqiq, inandırıcı olsa da ELM nəhayət öz qəti hökmünü verir. Və hər şey gün kimi üzə çıxır.
 
İsa Hüseynov deyirdi ki, kinostudiyanın çardağında oturub işləyirdim. Bəzən hətta gecə yarıya kimi işlə məşğul olurdum. Elə bu gərgin günlərin birində ona Ün gəlib. Bu cür Üneşitmə halı gərgin zehni əməyin nəticəsində psixikada yaranan travmalar ola bilməzdimi? Həkimlər bunu daha yaxşı bilər. Dəfələrlə belə hallar haqqında eşitmişik.
 
İsa Hüseynovun yaratdığı dünya, bədii detal, ədəbi məmulat kimi çox maraqlıdır. Amma bunu artıq fakt kimi, elmi əsası olan bir şey kimi təqdim edəndə gərək mütləq faktlara əsaslanasan.
 
İsa Hüseynovun Odər dünyasını sadə oxucuların təqdir etməsində, onu öyüb, təbliğ etmələrində heç bir problem yoxdur. Misal üçün, ingilis yazıçısı Con Tolkinin dünyanın müxtəlif ölkələrində fan-klubları var. Bu fan-klubların üzvləri hər il əlamətdar günlərdə toplanırlar, Tolkinin “Üzüklərin hökmdarı”, “Hobbit və ya oraya və geriyə” kimi əsərlərində yaratdığı fantastik-mifik obrazların qiyafələrinə bürünürlər. Bu çox yaxşı.
 
“Ulduz müharibələri” filmindən sonra Ceday cəngavərləri dininə inanan insanlar peyda oldular. Bu din Böyük Britaniyada rəsmi şəkildə qəbul olunub. Heç kim də heç nə demir.
 
Dünyada rayelitlər deyilən dini icma var. Bəli, onlar dünyanın yaranışını başqa cür qəbul edirlər. İddia edirlər ki, dünyanı başqa dünyadan, başqa planetdən gəlmələr inşa ediblər və sair. İnandırım sizi, onlar İsa Hüseynovun fikirlərindən xəbərdar olsalar, bunu yüzdə-yüz qəbul edərlər.
 
Bu isə artıq ədəbiyyat olmaz. Bizə yazıçı İsa Hüseynov və onun əsərlərinin bədii keyfiyyəti maraqlıdır.
 
Qoy İsa Hüseynovun yaratdığı Odər dünyasının da özünəməxsus dini yaransın, minlərlə insan fan-klub yaradıb ayinlər həyata keçirsinlər.
 
Amma elm adamları, işığına inandığımız insanlar, alimlər, ədəbiyyatşünaslar, tənqidçilər İsa Hüseynov haqqında mücərrəd, xurafat dolu, heç bir elmi əsası olmayan fikirlər söyləməsinlər.
 
İsa Hüseynov şəksiz ki, böyük yazıçı idi. Bunu danmaq olmaz. “Saz”, “Tütək səsi”, “Şəppəli”, “Kollu Koxa”, “Məhşər”, “İdeal” kimi əsərlər yaratmış yazıçının böyüklüyünü danmaq nadanlıq olardı.
 
Amma ədəbiyyatın harda bitdiyini, mövhumatın harda başladığını, yazıçının harda bitib din adamının harda başladığını da dəqiq demək lazımdır. Sərhədləri göstərmək lazımdır.
 
Əmi və qardaşoğlunun qadın üstündə gedən mübarizəsini olduqca bədii boyalarla verən, modernist üsullarla əsərin konfliktini qüvvətləndirən yazıçının sona doğru bu konflikti məntiqi sonluqla bitirmək yerinə onu ağır ifadələrlə, nə elmi, nə də dini olan fikirlərlə dolu monoloqla yükləməyini də söyləmək lazımdır. Əsərin ilk səhifələrindən də bir ailənin fonunda dövrün siyasi mənzərəsinin cızıldığını görürük. “İdeal” çox misilsiz bir ailə saqası, Əmirlilər haqqında saqa ola bilərdi. Heyf ki, dini traktat oldu.
 
Yazını burdaca bitirirəm.
 
Böyük Azərbaycan yazıçısını hörmətlə anaraq. /kulis.az/

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.