İsa Muğannanı təhqir edən jurnalistə sərt cavab
08.04.14
“Gör necə qorxaqsan ki, atam haqq dünyasına qovuşandan sonra qeybətini qırırsan”.
Bu sözlər mərhum Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) qızı Sevinc Muğannanın jurnalist Əziz Rzazadə “Modern.az” saytında dərc olunmuş köşəsinə yazdığı cavabda yer alıb:
"Yazıq, cahil, ucuz adam! “Siz” deməyə də dilim gəlmir! Sən kimsən ki, müasir Azərbaycan ədəbiyyatinin Nəsimisi haqqında fikir söyləyirsən!? Belə cəsarətin var idi, bunu onun sağliğinda dilə gətirəydin. Gör necə qorxaqsan ki, atam haqq dünyasına qovuşandan sonra onun qeybətini qırırsan. Muğannanın dünyasını anlamaqdan ötrü Nəsimini, Nəimini bilmək lazımdır, ay cahil insan! Bu çürük mənəviyyatla hara gedirsən?
Səni qınamıram, yəgin özünü reklam etmək üçün bu vasitəyə əl atmısan. Ancaq onu bil ki, bununla özünü reklam yox, biabır etmisən. Mənim atam yerdəki mələk idi, ona görə Afaq bacımın dediyi kimi, tənqidləri dinləyib susardı. Mən isə susmagı bacarmıram. Sussam, onun ruhuna xəyanət etmiş olaram. Çox şeylər deyə bilərəm, amma fikrimi belə tamamlayıram: zaman gələcək, Əzrayıl sinənə çöküb sənin də canını alacaq, sən də öləcəksən, amma sənin kimilər - işıqsız, mənəviyyatsız adamcıqlar torpaqda çürüyəcəklər, mənim uca Mugannam isə Eysarının yanında sənin bu halına baxıb güləcək! Onda görərik zibil qutusuna kim yaraşır!"
Xatırladaq ki, Əziz Rzazadənin “Oyaq İsa Hüseynov, yuxulu İsa Muğanna” başlıqlı yazısında bu fikirlər yer alıb: “(…) Bu, bəyəndiyim və yüksək dəyərləndirdiyim yazıçıya aid qeydlərdir. Amma “Məşhər”dən başlayaraq İ. Hüseynovun, yox, artıq İ. Hüseynovun deyil, İsa Muğannanın yazdıqlarını düşünmədən zibil qutusuna atardım. Çünki... tam cəfəngiyatdır”. /axar.az/
|