Xəyalə Sevil - Doğdu-törədi həsrətin
08.04.14
Təzə - təzə sevgilərə çıxmısan
Qışa düşdü bu ayrılıq, “ Əlvida”nı paltar kimi O üşüyən dodağına Geyib getdin. Ürəyim yad qapısımı, Döyüb getdin?!
Yollar da kəsmədi yolunu, Açıldı üzünə taybatay, Qapı kimi. ...Yollardan da küsmüşəm. Doğdu-törədi həsrətin Gözümdəki yaşları, Həsrətindən bezmişəm.
Pəncərəmdən içəri Boylanan yaşıl yarpağa Yaşıl gözlərin deyirəm. Sən, elə bir, boşluq oldun, Dolmadı yerin deyirəm.
Təzə-təzə sevgilərə çıxmısan... ...Ayrılıq da bir yazıdı, həyatdı. Daha bəyənməzsən mənim eşqimi, Eşqim ötən ildən qalıb, boyatdı.
Bu bahar da sənsiz gəldi
Bu bahar da sənsiz gəldi, Ömrüm bir bahar da gödəldi sənsiz. Ağaclar bir az da böyüdü, Yollar bir az da uzandı. Yenə qayıtmadın, Yenə ayrılıq qazandı. Ulduz-ulduz çiçəklədi göy üzü, Göy üzündən bir saxlım ay asıldı. Göydə bizim taleyimiz yanaşı, Yerdə ayrı ünvanlara yazıldı. Ana oldum, ata oldun, Evladımız bir olmadı. Ayrılıqdan gizlənməyə Belə böyük dünyada Balaca bir yer olmadı. Gözümün yaşıyla yazdım Axırıncı sözümü, Yolları kəndir kimi Doladım boynuma Asdım özümü.
Kim deyir ki…
Kim deyir ki, Bu dünyanın bir üzü var. Göy üzü var, Yer üzü var, Dünya iki üzlüdü...
Göyü əynimdən çıxarıb Yeri geyinim gərək. Bu dünyanın altını Üstündən çox bəyənim gərək...
Bu yaz bir az da Böyüyəcək qəbrlər. Ölülər cücərib çıxacaq Torpağın üstünə. Və dünyanın təmiz Həqiqətini söyləyəcək: “Ölüm.”
|