Rəşad Məcid: “İstefa yoxlamalara görə ola bilər”
28.03.14
AYB-nin katibi Rəşad Məcid “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalının istefasına münasibət bildirib.
Rəşad Məcid açıqlamasında bu gedişin aparılan yoxlamalarla bağlı ola biləcəyini qeyd edib: “Mən dəfələrlə istər mətbuatda, istərsə də Ayaz müəllimin özünə “Ədəbiyyat” qəzetinin fəaliyyəti ilə bağlı tənqidlərimi çatdırmışdım. KİV-ə Dövlət Dəstəyi Fondu və Yazıçılar Birliyinin birgə apardığı yoxlamalar vaxtı da Ayaz Vəfalıya fikirlərimi bildirmişdim. Sevindirici haldır ki, o, yoxlamaların ilkin rəyi çıxmamış özü nəticə çıxardı və istefa verdi. Ayaz Vəfalının istefası bu yoxlamalarla bağlı ola bilər”. /teleqraf.com/
|