Ramiz Rövşən mükafat aldı
27.03.14
2010-cu ildə İstanbulda keçirilən Türk Dilli Dövlətlərin 10-cu sammitində UNESCO-nun “Qeyri-Maddi Mədəniyyət İrsi” müqaviləsi çərçivəsində, Türk dövlət və xalqlarının ortaq dil, din, tarix və mədəniyyətini, adət və ənənələrini qorumaq, yaşatmaq və gələcək nəsillərə miras qoymaq məqsədilə mütəmadi olaraq keçiriləsi qərarlaşdırılan “Türk Dünyası Mədəniyyət Paytaxtı” programının 2013-cü il qalibi seçilən Əskişəhərdə il boyu həyata keçirilən silsilə tədbirlər yekun proqramla başa çatdırılıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Türk Dünyasının tanınmış şəxsiyyətlərinə xidmətlərinə görə “Türk dünyası elm, mədəniyyət və sənət mükafatları” verilib. Mükafata Azərbaycandan şair Ramiz Rövşən layiq görülüb. Türk coğrafiyasının müxtəlif yerlərindən gəlmiş tanınmış elm, mədəniyyət və ictimai xadimlərinə mükafatlarını təhsil naziri Nabi Avcı və Əskişəhər valisi Güngör Azim Tuna təqdim edib.
Tədbirin ardından keçirilən təntənəli konsert və şənliyin ardından “mədəniyyət paytaxtı” estafeti Tatarıstan mədəniyyət nazirinə təqdim edilmişdir. Mədəniyyət paytaxtı ilk dəfə 2012-ci ildə Astana elan edilib. /qafqazinfo.az/
|