“Ədəbiyyat” qəzetində yoxlamalar gedir
18.03.14
“Bu yoxlamalar dövri xarakter daşıyır. Qurultayla bağlıdır. Qalan hamısı boş şayiədir. Mənim üçün heç bir narahatlıq yoxdur və olmayacaq”. Bu sözləri “Ədəbiyyat” qəzetində gedən yoxlamalarla bağlı açıqlamasında qəzetin baş redaktoru Ayaz Vəfalı bildirib. O, bəzi adamların qəzet ətrafında ucuz qalmaqal yaratmağa çalışdıqlarını deyib: “Narahatlığa əsas yoxdur. Qəzet ətrafında ucuz qalmaqal yaratmağa çalışırlar”. Qeyd edək ki, “Ədəbiyyat” qəzetində yoxlama aparılır. Qurumdan verilən məlumatda yoxlamaların qurultayla bağlı olduğu deyilsə də, uzun müddətdir ki, tənqidlərə məruz qalan qəzet rəhbərliyinin dəyişiləcəyi gözlənilir. /teleqraf.com/
|