Aqil Abbas “Qanun”un cərmələnməsinə etiraz etdi
18.03.14
Millət vəkili, yazıçı Aqil Abbas “Qanun” nəşriyyatının cərimələnməsinə münasibət bildirib.
Millət vəkili bunları deyib: “Vergilər Nazirliyinin “Qanun” nəşrlər evi üçün kəsdiyi 150 min manat həddən artıq çoxdur. Mənə elə gəlir ki, nazirlik bu məsələyə yenidən baxmalıdır və 150 min manatı azatmalıdır.
Vergilər Nazirliyinin “Qanun” nəşrlər evində apardıqları yoxlamalar vaxtı ilə mənim də rəhbərlik etdiyim mətbu orqanda da olub. Buna narahat olmağa əsas yoxdur. Kimlərsə deyir ki, guya bu cür yoxlamalar nəşriyyatı bağlamağa yönəlib. Mən buna inanmıram. Çünkü Azərbaycanda yetərincə nəşriyyatlar var. Hətta az qalıb ki, bu məsələdə Türkiyəni belə keçək. Əgər nazirliyin bu yoxlaması “Qanun” nəşrlər evinin bağlanması ilə nəticələnsə, onda gərək bütün nəşriyyatları bağlasın. Kitab çapı ilə məşğul olan, bir müəssisəyə ehtiyatla yanaşmaq lazımdır”.
A.Abbas onu da əlavə etdi ki, bu məsələnin Milli Məclisdə müzakirəsinə ehtiyac var.
|