Orxan Pamuk Tiflisdə görüş keçirib
14.03.14
Gürcüstan paytaxtındakı Rustaveli teatrında Nobel mükafatçısı, Türkiyə yazıçısı Orxan Pamuk ilə görüş keçirilib.
Tədbirdən öncə yazıçı Gürcüstana gəlişi ilə bağlı jurnalistlərə açıqlama verib. Sonra Orxan Pamuk oxucular, ictimaiyyət nümayəndələri, gürcü mədəniyyət və ədəbiyyat xadimləri, hökumət nümayəndələri, ziyalıları və gənclərin iştirak etdiyi görüşdə çıxış edib. O. Pamuk çıxışında əsərləri barədə məlumat verərək, rus ədəbiyyatının məşhur yazarlarının əsərlərini oxuduğunu və gürcü ədəbiyyatına bələd olmadığını bildirib. O, İstambulda anadan olduğu barədə və ailə üzvlərinin demək olar ki, hamısının İstambul Texniki Universitetini bitirərək mühəndis ixtisasına yiyələndiklərini bildirib. Dünən isə Nobel mükafatı sahibi Orxan Pamuk Tiflisdəki Azadlıq Universitetinin tələbələri qarşısında məruzə ilə çıxış edib: “Mən çox şadam ki, mənim kitablarım Gürcüstanda məşhurdur və gürcü oxucuları mənim əsərlərimi sevirlər”. Qeyd edək ki, bu gün keçirilən görüşdə Orxan Pamukun gürcü dilinə tərcümə olunmuş 5 kitabı -“Cövdət bəy”, “Mənim Adım Qırmızı”, “Səssiz Ev”, “Qara kitab”, “Qar” əsərləri təqdim olunub. /APA/
|