Etimad Başkeçid - Sağlığına içmək istəyirəm...
13.03.14
***
bu hər üzü bəlli dünyada, dünyada, dün… usandım açıq qapılara təpilməkdən... nə gördün, hey, qara öfkə mənə ulaşan? gedib də geriyə dönməyəcəyim günün sağlığına içmək istəyirəm bu axşam.
gəl, sevdiciyim dost, bəs hal bu, qəziyyə bu, qeyb olmuş birdən-birə, heç olmamış kimi, ikram qəbilindən endirilmiş o xüsus. buyur oysa, bu mən, bu yeyib-içəcəklər, könül süfrəsi deyil əlbət, deyil əfsus,
…bu qara-qışa qənim tumurcuq alayı, ağacın dalları səpmiş üzdən dolayı. tumurcuq kimisən sən də, hələlik tən içrə tənsən. don vurmasa, ya sərçələr dimdikləməsə, xəyallar necə şəkillənir, görəcəksən…
/facebook.com/etimad.baskecid/
|