Gənc yazar AYB-dən üzr istədi
13.03.14
“Hər insanın həyatında belə şeylər ola bilər”
“Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk etməyimlə bağlı bəyanat verməyim tamamilə emosional bir addım idi. Mən ərizə ilə müraciət etməmişdim. Bunu sadəcə, mətbuat üçün demişdim. Etdiyim hərəkətin yanlış olduğunu başa düşür, AYB rəhbərliyindən və şəxsən Anar müəllimdən üzr istəyirəm”.
Bu sözləri hazırda hərbi xidmətdə olan gənc yazar Ayxan Ayvaz Teleqraf.com-a açıqlamasında deyib. Ayxan Ayvaz qeyd edib ki, bu qərarı verərkən düşünməyib və verdiyi qərarın nə qədər məsuliyyətli olduğunun fərqinə varmayıb: “Hər insanın həyatında belə səhvlər ola bilər. Mən ümid edirəm ki, məni bağışlayacaqlar”.
Qeyd edək ki, Ayxan Ayvaz AYB sıralarını keçən il tərk etmişdi. O, bu addımı Şərif Ağayarın AYB-dən qovulmağına etiraz kimi atmışdı. /teleqraf.com/
|