İmprovizə dənizi - Çingiz Əlioğlu poeziyası haqda düşüncələr
11.03.14

Kənan Hacı yazır


Mənəvi dəyərlərin aşılanması ilə müşayiət olunan sivilizasiya ədəbiyyatın orta əsrlərin his-pası içində qaralmış sifətinə qalay çəkib ağartdıqca ədəbiyyat dekonstruktiv qüvvəyə çevrilir və bakirə Sözün qucağına postmodernizm qumbarası atmaqla Əlahəzrət Zamanın diktəsini yerinə yetirir. Zamanı qəbul etməmək olar, amma onunla hesablaşmamaq mümkün deyil. Zaman zalım və yırtıcı olmağıyla bərabər həm də külli-ixtiyar sahibidir.
 
Ənənəvi şeirin aqonal duruma gəlib yetişdiyi bir vaxtda ona dirilik suyu içirən bir şair var Azərbaycanda- Çingiz Əlioğlu. Bu bənzərsiz şairin “Avand” kitabına toplanmış şeirlərini yenidən dönə-dönə oxuyuram və ənənəvi şeirdə hüdudsuz sərbəstlik ,qeyri-ənənəvi ifadə tərzi məni heyrətləndirir. Ruhumuzun toxunulmamış qatlarından yep-yeni mövzuları gün işığına çıxarmaqla yanaşı onlara təzə don biçən bu şeirlər poetik məzmunun psixoloji qanyaqları baxımından da son dərəcə maraqlıdır. XXI əsrin irəliyə doğru can atan fikir çırpıntıları Çingiz Əlioğlu qələmində öz istəyinə çatır və məhz indiki zamanın şeiri doğulur.
 
Ədəbiyyatda çağdaş ənənə deyilən bir ifadə var. Oktavio Pas “Qırılma ənənəsi”  essesində bu anlayışla bağlı öz mülahizələrini açıqlayaraq maraqlı bir nəticəyə gəlir: “...bu bizim tarixi idrakımızın ifadəsidir. Bir tərəfdən, o keçmişi tənqid etməkdir, ənənəni tənqid etməkdir: o biri tərəfdən isə inkardır- son iki əsr ərzində dəfələrlə təkrar olunmuş bir inkar.”
 
Azərbaycanda isə çağdaş ənənə Çingiz Əlioğlunun poeziyasında formalaşır. Çingiz Əlioğli çağdaş ənənəni yaradanlardan biri, bəlkə də birincisidir. Şairin “Avand” kitabını partitura kimi üzünə tutub səs bolluğu içində asudə gəzişmələr etmək mümkündür. Bu şeirlər səsli şeirlərdir, alliterasiya və cinasların heca ilə müşayiət olunan təqti qədim ayinlərin icrası prosesini yada salır. “Ala-too”, “Xan Tenqri”, “Aylı şeir”, “Bakı şamları” və bu tipli digər şeirlər sözün əsl mənasında dil hadisəsidir, sözün tamamilə yeni bir rəngdə pardaxlanmasıdır.
 
          Bakı şamı, şimal elin şümal-şümşad qonağı,
          Şölələnir şamtək axşam şax-şəvəlin içndə.
          Bakı yeli şax qəddini sıxışdırıb əyibdir,
          İşvələnib şərq şivəli şirin dildə ötüşür,-
          Əhliləşib iynəyarpaq ağac zaman köçündə.
 
                                              (“Bakı şamları”)

 
 Çingiz Əlioğlunu hansısa “izm”in nümayəndəsi hesab eləmək yanlışlıq olardı. Onun üslubu bir çox  “izm”lərin sintezindən ibarətdir. İnsanın daxilində mürgüləyən duyğuların göyərçin kimi pırıl-pırıl uçurulmasını hansı “izm”ə aid etmək olar?! Sanki nə vaxtsa yaşadığın yerlərə yenidən qayıdırsan, gözünə dəyən nə varsa səndə tanış, nostalji hisslər oyadır, qarın ağlığından gözün qamaşan kimi bəmbəyaz dünya içində heyrət və sevinc qarışıq yaşantılar bütün varlığını bürüyür- sanki gecə yatıb səhər oyandıqda pəncərədən boylanarkən qar səltənətinə düşürsən və heyrətlə içini çəkib “ay daa!”  deyə çığırırsan...
 
                       Göy üzü nəhəng mağar,
                       Hüdudsuz alaçıqdı.
                       Baxdım:tağında lilpar,
                       Bir yandan lala çıxdı.
 
                       Yaradanın qüdrəti
                       Möcüzədir, möcüzə.
                       Yeri bozluq tutanda
                       Göydə rəng gülür üzə.

 
 
Bu, təbiri caizsə, duyğuların imrovizəsidir. “Avand”ı improvizə dənizi də adlandırmaq olar. İmrovizəni əsasən musiqidə o şəxslər edə bilirlər ki, onlar artıq sənətkarlıq səviyyəsinə yüksəliblər və sənətə yenilik gətirməyi bacarıblar- Vaqif Mustafazədə kimi, Alim Qasımov kimi, Əzizə Mustafazadə kimi və s. Mən Çingiz müəllimin poeziyasını mütaliə edəndə nədənsə həmişə yadıma Vaqif Mustafazadə düşür. Bəlkə ona görə ki, Çingiz müəllimin şeirlərində Qərb təfəkkürü ilə Şərq düşüncə tərzinin incə uyarlığı daha çox nəzərə çarpır. Bu şeirlər prelüdiyalar, nöktürnlər kimi insan hisslərini qeyri-adi nəvazişlə oxşadığı kimi Şərq müdrikliyindən gələn didaktik pafosdan da xali deyil. Sözün memarı kağız üzərində Şərq üslubunda bənzərsiz freskalar yaradır; bu freskalarda tərsavan dünyanın avand üzünü də görürük.
 
Mənə həmişə elə gəlib ki, Çingiz Əlioğlunun poeziyası ümid qapısıdır, yəqin ondandır ki, tez-tez o qapıya üz tuturam. Axı “Avand” sözünün özündə də bir ümid çaları var! /publika.az/

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.