Səlim Babullaoğlu: “Biz həyatın hər sahəsinə kitabın, kitabçıların eynəyindən baxacağıq”
04.03.14

Məzmun və format etibarilə olduqca yeni, yenilikçi bir sənət, ədəbiyyat, kitab dərgisi olan “Kitabçı” gələn həftədən satışda olacaq. Jurnalın redaksiya heyətində, müəllifləri sırasında çağdaş Azərbaycan ədəbiyyatının ən yeni və ən istedadlı imzaları var. Aylıq rəngli nəşr olan “Kitabçı” hansı zərurətdən yarandı? Nə kimi hədəfləri var? Bütün bu suallarla bağlı jurnalın baş redaktoru Səlim Babullaoğluya müraciət etdik.
 
– Ondan başlayım ki, bizdə, şükür Allaha, jurnal çoxdur, özü də qlamur jurnallar daha çoxdur. Üz qabıqlarında da, ya model-müğənni şəkli, ya da maşın... Yox, biz bunun əleyhinə deyilik. Sadəcə faktdır bu. Və həmin jurnalların arasında çox az qisim nəşr var ki, ədəbiyyata, kitaba, yaxud söz sənətinə layiqli yer ayırır. Əgər o nəşrləri vərəqləsəz, görərsiz ki, kitab və əhli-kitab orda ögey uşaqlar kimi küncə qoyulub. Üstəgəl, bizdə yazıçıların və kitabla bağlı adamların qəribə, bir qədər miskin, uğursuz obrazı var. Belə bir klişe var cəmiyyətdə. “Kitabçı”nın yaranma səbəblərindən başlıcası bunun belə olmadığını anlatmaq və göstərməkdir. Başqa tərəfdən kitabla bağlı, kitaba yer ayıran əksər nəşrlər bir neçə baxımdan zövqsüzdür, müasir dərgiçilik ənənələri baxımdan qənaətbəxş deyil və bəlkə də az əvvəl dediyim klişeni yaradan səbəblərdən biri də budur. “Kitabçı” həm də bu klişeni dağıtmaq üçündür.
 
 Kitabla əlaqəli adamlar, istər yazarlar və alimlər olsun, istər naşirlər, istər rəssamlar olsun, istər redaktorlar, cildçilər, dizaynerlər – bu adamlar hörmətə layiq, ciddi və  dəyərli adamlardır. Daha bir səbəb, belə deyək kitab bazarına təklif olunan kitabları saf-cürük edə biləcək ekspertlər qrupunun formalaşması məsələsidir ki, bu da vacib məqamdır. Normal yazar-naşir münasibətlərinin formalaşması, sivil hala gəlməsi məsələsi bu səbəblər sırasındadır. Çünki “Kitabçı” təkcə jurnal deyil, eyni zaman da kitablar nəşr edəcək müəssisədir. Göründüyü kimi  bizim səbəblərimiz və hədəflərimiz bir deyil.
 
 - Kollektiv, komanda  haqqında məlumat verin, kimlərlə işləyəcəksiz, işləyirsiz?
 
 - Ondan başlayım ki, jurnalın şef-redaktoru tanınmış ədəbiyyatşünas, eyni zamanda olduqca peşəkar redaktor Seyfəddin Hüseynlidir və mətnlərlə işləmək kimi ağır yük məhz onun boynundadır. Koordinasiya işləri ilə redaktorlardan biri kimi istedadlı yazıçı və şair Fərid Hüseyn məşğuldur. Ümumiyyətlə isə çağdaş ədəbiyyat və sənət mühitimizin çox istedadlı imzaları – Zahir Əzəmət, Tehran Əlişanoğlu, Mahir Qarayev, Qismət, Aygün Aslanlı, Xəyal Rza, Rəbiqə Nazimqızı, Ceyhun Əli kimi yazarlar, ekspertlər, məsləhətçilər qrupumuz var. Jurnalın yaradıcı işində tanınmış yazıçı, eyni zamanda vaxtilə “Press fakt” kimi maraqlı qəzetin yaradıcısı olmuş Məqsəd Nur yaxından iştirak edir. 
 
Bizim jurnalla Polşa, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İran, Gürcüstan, Yaponiya kimi ölkələrdən daimi yazı yazanlar olacaq. Artıq yazırlar. Özü də bu adamlar öz ölkələrinin tanınmış adamlarıdır, mütəxəssisləridir. İnanıram ki, bizə qoşulanlar çox olacaq.
 
– İnternet əsrində kitabdan danışan kağız jurnal... Bir qədər çətin olmaz?

 
– Yox, məncə. Başqa qəzetlər, jurnallar çıxırsa demək bu məsələ o qədər də aktual deyil. Niyə çətin olsun ki? Bir də biz yalnız kitabdan danışmayacayıq. Bilirsiniz, bu kitabçılar, yazıçılar, ciddi ədəbiyyatçılar qədər maraqlı adamlar yoxdur. Onların yalnız ədəbiyyatla bağlı deyil, həyatın bütün sferaları ilə bağlı olduqca maraqlı görüşləri, düşüncələri var. Məsələn, mən hərdən bu qlamur jurnalları vərəqləyirəm, ordakı reklam mətnlərinə baxıram və təəssüf hissi keçirdirəm. O gün bir ayaqqabı reklamına baxıb italyan yazıçısının sözünü xatırladım. O deyirdi ki, yaxşı əsər yaxşı ayaqqabı kimidir, əzilmiş kağız topasını sevmir. Bilirsiniz də, təzə ayaqqabılarda içərisinə  kağız qoyurlar. Ayaqqabı geyildisə, o kağız atılmalıdır. Kitab varsa-artıq əlyazma da yoxdur, əzilmiş kağızlar yoxdur. O atılır, lazımsız olur. Məsələn, niyə reklamda belə hazırcavab deyimlərdən istifadə olunmasın. Yaxud Kafkanın sığorta və vəkillər haqqında o qədər deyimi var ki. Yəni, bunları deməkdə məqsədim odur ki, biz həyatımızın hər sahəsinə kitabın, kitabçıların eynəyindən baxacağıq. Reklama da, mətbəxə də. İnanıram ki, “Kitabçı” maraqlı kreativ layihə olacaq. /525.az/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.