Seyran İsmayıl - Öpüşmək qədərində verilib hər kəsə
04.03.14
Bir qandallıq ağrı yeri
Hesabsız atdıgımız addımlardı ömür gündəliyimiz. Bir yaşam hənirtisi gizlənir çəkdiyimiz ahlarda.
Bir məsum körpə gözü ilə baxmaq gərəkmiş dünyaya. Bəlkə də xəfifcə məsumluq gizlənir ən böyük günahlarda. Həqiqətin bir addımlığında isinir insanlar nədənsə - həqiqət hec kimə lazım olmur sonunda. Xoşbəxtlik, bütün ağrılarını içinə çəkərək öpüşmək qədərində verilib hər kəsə. Diqqətlə baxsan, bir qandallıq ağrı yeri görünür hər kəsin qolunda.
|