Aqşin Yeniseydən yeni şeir - Həyat və ölüm
27.02.14
Həyat niyə belə tez düşdün gözümdən Ölüm niyə belə tez cumdun üstümə Mən axı sizə nə pislik etmişdim? İgiday, yer kürəsində qadın adında bir xəstəlik dolaşır, Milyon illərdi. Kişilər bilmədən yoluxurlar ona
Və bu xəstəliyin şərti adı “sevgidir”. Yalan sözdur ki, Tanrı qadını kişinin qabırğasından yaradıb Qabırğadan yaradılan qadın yer üzündə cəmi bir nəfər olub O da tamahı ucbatından ərini cənnətdən qovdurub. Amma mən gör nə işlə məşqulam, Yağışın üstünə palçıq yaxmışam ki, tez qurusun göy üzü Ağlamasın buludlar. Günəşin yaxasından yapışıb buraxmıram ki, batmasın İldırımı qamçı kimi əlimdə tutub dayanmışam küçənin ortasında
İgiday, dərdin dörd növü var Bir - insanın bir gün Tanrı kimi tənha qalması İki - insanın quruldaşan qurbağaların səsinin həsrətini çəkməsi, Uzaq bir gölün yiyəsizliyi ilə tək qalmaq istəməsi Üç - insanı atıb gedən qadının gedib öz tənhalığı ilə şəkil çəkdirməsi Dörd - Həyatın faniliyinin və ölümün əbədiliyinin səsi.
/1937.az/
|