Kənan Hacı - Tofiq Abdinin son zəngi
26.02.14

Çətin məqamda, dar macalda üz tuta biləcəyim tək-tük insanlardan biri idi Tofiq Abdin... Heç kəsə deyə bilmədiyim sözləri ancaq ona deyə bilirdim. Ancaq ona ərkim çatırdı. Mənəvi kimsəsizliyin ən dözülməz vaxtlarında mənə həyan, həmdərd, həmfikir olmuşdu. O, mənim üçün etalon idi. Cəsarətin, barışmazlığın, prinspiallığın etalonu. Öz ədəbi həqiqətlərinə sonadək sadiq qaldı. Ümumiyyətlə, onun ədəbiyyatdan kənar, inandığı, hətta tapındığı həqiqətlər vardı ki, bu həqiqətlər onun üçün dəyişməz idi.
 
Dünyadan küsdüyüm vaxtlarda özümü “Qara Qarayev” metrostansiyasının çıxışında görürdüm. Məni orda, həmişə oturduğumuz kafedə gözləyirdi...
 
Onunla tanışlığımızın qəribə və kövrək tarixçəsi var. Mən hərbi xidmətdə olanda əlimə bir qəzet parçası keçmişdi, Tofiq abinin o vaxt əsgərlikdə olan oğlu Mətinə yazdığı şeiri bu qəzet parçasından oxumuşdum. Şeirdə təxminən, belə bir fikir vardı ki, çöldə yağış yağır, amma bu yağış qız öpüşü kimi deyil, damcılar sən yatdığın kazarmanı döyəcləyir, yəqin sən də üşüyürsən, amma bütün bu çətinlikləri keçəcəksən və dualarımla böyüyəcəksən...
 
Uzun müddət idi ki, anamı dörd divar arasında tək-tənha buraxıb getmişdim. Uzaq Naxçıvanda bu şeir məni zar-zar ağlatdı. Heç cür təsəlli tapa bilmirdim. Həmin qəzet parçasını hərbi xidmətin son gününə qədər kitelimin cibində saxladım və qayıdanda da özümlə gətirdim. O şeir sanki içimdəki qarışıqlığı nizama saldı, özümü toparlaya bildim. Soyuq havalarda, qan donduran şaxtalarda o şeirin istisi məni qorudu. Hərbi xidmətdən qayıdandan sonra “Dualarına görə çox sağ ol, Tofiq Abdin” adlı bir yazı yazdım. Yüzlərlə yazım içində ən çox sevdiyim yazılardan biridi o yazı. Və beləcə, Tofiq abiylə qəlb sirdaşlığımız başlandı. Bir neçə kitabı haqqında yazılar yazdım.
 
Bir gün Etibar Cəbrayıloğlu zəng vurdu ki, Tofiq abi sənin kitabın haqqında yazı yazıb.
 
İşsiz-gücsüz vaxtlarımda Abi mənə arxa oldu, Aqil Abbasa ağız açıb ondan məni öz qəzetinə işə götürməyi rica etdi. O Aqil Abbasa ki, Tofiq Abdini “jurnalistikamızın Rəmişi” adlandırmışdı. Arada mən vəfasızlıq edəndə özü zəng edirdi. İlk kitabım haqqında unudulmayan bir yazı yazmışdı. Dünyanın ən inanılmaz və ən dəhşətli işlərindən biri də odur ki, indi mən onun haqqında keçmiş zamanda yazıram... Mən onunla son görüşə də gedə bilmədim. Bir neçə gün bundan öncə zəng etmişdi, telefonuma baxıram, 4 dəqiqə 48 saniyə danışmışıq. Hal-əhvaldan sonra kefini soruşdum, gümrah səslə: “hələ ki, idarə olunuruq” dedi.
 
Xəbəri eşidən kimi dərhal ağlıma gələn onun yaxın dostu, yazıçı Nemət Veysəlli oldu. Zəng vurdum, Nemət müəllim qəhərdən boğula-boğula “abi getdi...” dedi...
 
Uzun illər Azərbaycan bədii publisistikasının yükünü çiyinlərində daşımışdı, jurnalistikada öz fərdi üslubunu yaradan tək-tük adamlardan biri idi Tofiq abi. “Qobustan” toplusunda sözün əsl mənasında külüng çalmışdı. Özünə qarşı biganəliyə dözə bilmirdi. İçi dopdolu idi, qaynar təbiətli, dəli-dolu adam idi. Ömrünün bu çağında da yazılarının qonorarı hesabına yaşayırdı. Yeddi il qürbət həyatı yaşadı, Türkiyə mətbuatına yazılar yazdı. Qürbət ağrısı şeirlərinə də hopmuşdu. İstanbulda yazdığı şeirlərindən biri beləydi: “Unudulmuşamsa, orda yaşadığım ömür mənə haram olsun!”
 
Amma onu heç vaxt unutmadıq, həmişə yolunu gözlədik. Bilirdik ki, gələcək.
 
Mənə bağışladığı şeir kitabına belə bir avtoqraf yazmışdı:
 
“Ah, keşkə sən bir az tez doğulaydın, canım Kənan...”
 
İndi bu sözlər məni daha çox göynədir. Elə bilirdim sənin kimi insanlar heç ölməz. Üz tutduğum ünvanlardan biri də azaldı. Son dəfə nə vaxt ağladığımı xatırlaya bilmirəm. Amma ötən gecə evə çatıb hönkür-hönkür ağladım...
 
Duaların həmişə mənimlədir, Abi!.. Görüşənədək... /publika.az/
 

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.