"Şah və Şair, yaxud hamı səni sevənlər burdadı..." pyesinin
tamaşası olub - FOTOLAR
25.02.14
Azərbaycan Dövlət Milli Dram
Teatrının səhnəsində növbəti dəfə Kamal
Abdullanın "Şah və Şair, yaxud hamı səni sevənlər burdadı..." adlı pyesinin
tamaşası olub. Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fükültəsinin tələbələrinin
bir qismi tamaşada iştirak edib. Tamaşa anşlaqla keçib.
Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə hazırlanıb, eyniadlı pyesin dram teatrı üçün yenidən
işlənmiş variantıdır və yazıçının məşhur «Yarımçıq əlyazma» romanında əksini
tapan motivlər əsasında səhnələşdirilib.
Maraqlı dekorasiyalar, işıq effektləri,
musiqi və videoçarxlardan istifadə olunan tamaşanın rejissoru Mikayıl
Mikayılov, rəssamı Mustafa Mustafayev, neon effektləri üzrə rəssamı Fərid
Ələkbərov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşa ikihissəli xəyali oyun kimi təqdim
olunub.
Rolları əməkdar artistlər Vidadi Həsənov
(Professor/Hüseyn bəy Lələ - Şahın Lələsi), Elşən Rüstəmov (I Aspirant/Şah
İsmayıl), Ayşad Məmmədov (Həkim/Vəzir ağa), aktyorlar Hikmət Rəhimov (II
Aspirant/ Xızr - Şahın bənzəri), İlahə Həsənova (Qız/Taclı xanım - Şahın
arvadı), Oqtay Mehdiyev (Usta/Rəhim yüzbaşı/ Fərraşbaşı Səfiyar), Vüsal
Mustafayev (Qorçubaşı, I Qorçu) ifa ediblər.
Xatırladaq ki, illər öncə mərhum rejissor
Hüseynağa Atakişiyev də bu pyesi tamaşaya qoymuşdu.
Avanqard.net
|