Şair Yafəs Türksəs qeydiyyat problemi ilə üzləşib
25.02.14
Şair Yafəs Türksəs məskunlaşdığı ərazidə qeydiyyat problemi ilə üzləşib. Bunu şair facebook səhifədə yazaraq içtimaiyyətə çatdırıb:
“Oğullarım Qarabağ probleminin həllini gözləmədən evləndilər. Biz də yataqxanadakı birotaqlı məskənimizi tərk edib boş qalmış bir qaraja yığışası olduq. Balıqçılıq sənayesinin bu işləməyən qarajında altı ildir yaşayırıq. Bizdən başqa burda yaşayan ailələr də var. Rayondan təzəlikce gəlib rüşvət hesabına rəsmi qeydiyyata da düşüblər. Biz Bakı qeydiyyatında ola ola, Xətai İcra Hakimiyyətinin qacqınlarla iş şöbəsi bizi burda qeydiyyata almir. Xətai İcra Hakimiyyətinin qacqınlarla iş şöbəsinin müdiri Faiq müəllimdir.
Bütün saytlardakı, qəzetlərdəki həmkarlarımdan dəstək gözləyirəm.”
Qeyd edək ki, Yafəs Türksəs məcburi köçkündür.
|