Faiq Balabəyli - 50 ilin adamı
25.02.14
Şair Faiq Balabəylinin 50 yaşı tamam olur. Şairi öz şeiri ilə təbrik edirik.
Bu qədər gecikmək olmazdı axı Bu qədər yol gəlmək sevincə doğru Bu qədər ləngimək. Əzab verəcək əllərdə bir əlin təması, inan başının üstündə dövrə vuracaq, nə çən çəkiləcək, nə də ki duman…
Sən şirin yuxular həsrətindəsən Bir nağıl ömür var, sonunda işıq Hələ yuxulardan dad çəkəcəksən Hələ yuxuların qarmaqarışıq.
Nə qədər çoxalıb alma dərənlər Qılıncı qındadır Məlikməmmədin Sənin varlığığından ürəklənənlər Bağrını yaracaq qara zülmətin.
Sənli xatirələr xoş sabah kimi Üzümə-gözümə sərin meh vurar Gözlərim görəndən tutubdur səni əllərim bəs haçan əlindən tutar?
Elə inciyirsən, elə küsürsən Elə gözlərindi səni aldadan Körpə uşaq kimi dodaq büzürsən Bəlkə nigaransan sən həyatından.
Bəlkə də… amma ki çox gecikmisən Mən də tələsmişəm deyəsən bir az Payız ömrümüzdən sarı yel əsib Bahar ömrümüzə qaytarar bu yaz.
|