Etibar Salmanlı - Mənim kişi sevgililərim
14.02.14

Sevgi geniş anlayışdır. Sevgi haqqında bütün mütəfəkkirlər qalaq-qalaq kitab yazıblar, ancaq bu genişliyin sonuna çata bilməyiblər.
 
Deyəcəksiniz, nə əcəb, Etibar sevgi-məhəbbətə baş vurub. Qarşıda “Valentin günü” gəlir. Yenə də şəhərimizin küçələrində əllərində böyük ayı oyuncaqları olan sevgililər görəcəyik, evlərdə bu günü unutmuş kişilərin başında tava izləri olacaq, məktəblərdə gözəl qızların partasının üstü hədiyyələr stendinə çevriləcək. Sevgilisi olmayan qızlar və oğlanlar isə klaviaturaya qurşanıb kədərli statuslar yazacaqlar. Mən də öz sevgililərimdən yazmaq fikrinə düşdüm. Kimin balasından əskik oğlanam ki?
 
Sadəcə bu sevgilər, yazının adından da göründüyü kimi, bir az fərqlidir. Mən qadın sevgililərimdən deyil, kişi sevgililərimdən yazmağı qərara aldım.
 
Düşünürəm ki, bu daha maraqlıdır xalqımıza. Kişinin qadın sevgilisi olması normal bir şeydir. Ancaq Azərbaycan kimi yerdə kişinin kişi sevgilisi olması Neftçinin Çempionlar Liqasının finalında Madrid “Real”ının qapısından 4 cavabsız top keçirməsi qədər ağlasığmazdır.
 
Hər zaman fərqli olmağa çalışmışam. İndi də ona çalışıb sizə kişi sevgililərimin bir neçəsinin adını, xarakterini, gördüyü işi danışmaq istəyirəm.
 
Ümid edirəm ki, saytlar “Etibar Salmanlının kişi sevgililəri” adlı manşet xəbərləri verməyəcəklər. Versələr də, heç olmasa, teleqraf.com-a istinad etsinlər.
 
Birinci kişi sevgilim Ömər Xəyyam olub. Birinci sinifdə “Əlifba” bayramı olarkən adını unutduğum bir şeir demişdim. Şeiri deyəndən sonra BDU-nun Mexanika- Riyaziyyat kafedrasının müəllimi mənə Ömər Xəyyamın rübailəri kitabını hədiyyə etmişdi. Mən də onu dəfələrlə oxuyub Xəyyam yaradıcılığına vurulmuşdum. Xəyyamın sevgi rübailərinin təsiridir ki, mən sevgi məsələlərinə bu qədər çox vaxt ayırdım. Sonra Xəyyamla aramla bir soyuqluq yarandı və uzun illər bir-birimizi yada salmadıq. Sonuncu dəfə Amin Malufun “Səmərqənd”ini oxuyarkən Ömərlə sevgili olduğumuz köhnə əyyamlar düşdü yadıma. Geriyə qayıda bilməzdim, çünki aramıza çoxlu kişi sevgililər girmişdi. Ancaq ilk sevgi heç vaxt unudulmur deyib atalarımız.
 
Həyat davam edirdi və qısa müddətli kişi sevgililər gəlib keçirdi həyatımdan. Sonradan necə oldusa özümü Gi de Mopassanın yanında gördüm.
 
Kişinin bir sevgilisi olar ifadəsini bilsəm də, Mopassanla sevgili olduğumuz müddətlərdə aramızda üçüncü kişi də vardı. Fransız Mopassanla arama rus Lev Tolstoy da girmişdi. O vaxtlar cavan idim. İki sevgilini təmin edə bilirdim. Eyni anda həm Tolstoy həm də Mopassanla çox yaxın idim. Gecələr solumda Mopassan, sağımda isə Tolstoy olurdu.
 
Zaman keçirdi və istər-istəməz yaşlanırdıq. Gənclik adrenalini ürəyimdən çıxırdı və uzun müddətli əlaqələr lazım olurdu. Həm Ömər, həm Tolstoy həm də Mopassan artıq təmin edə bilmirdi məni. Bir gün anidən qarşıma alman Erix Mariya Remark çıxdı. Sevgi ilk baxışdan olur deyiblər. Məndə də belə oldu. İlk baxışdan bir könüldən- min könülə aşiq oldum bu almana.
 
Zaman keçmişdi və mən də sevgi-məhəbbət məsələlərində kamilləşmişdim. Ona görə Remarkı qəbul etmək mənim üçün ağır olmadı. Hətta bir neçə dostum “onunla necə yola gedirsən?”,- deyə məndən soruşurdular. Çox dostumuz “onunla yola getmək olmaz, çox çətin adamdır”,- deyirdilər. Ancaq sevginin gözü kor olur deyərək heç vecimə almadım. Remark ilə sevgililiyimizi davam etdirdim.
 
Qarşıdan gələn “Sevgililər günü” ilə bağlı isə bütün kişi sevgililərimə hədiyyə almağı düşünürəm. Elə bilməyin ki, mən də orta statistik azərbaycanlılar kimi sevgililərimi ancaq Səkkiz Martda, doğum günlərində, 14 fevralda yada salıram. Əsla elə deyil! Sevgililərim hər zaman mənim yanımda və yadımdadırlar. Onlarsız bir günümüz olmasın! Siz də sevin, sevilin...  /teleqraf.com/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.