İbrahim Nəbioğlu yazır - Anasının dəfnində ağlamayan adam
14.02.14

"Absurd nə insandadır, nə də dünyada. Absurd onların bərabər mövcud olmasındadır" - A.Kamyu

 

“Arxamdan gəlmə – birdən yolu göstərə bilmərəm sənə, önümdə yerimə – birdən sənə çata bilmərəm. Yanımda yeri və arkadaşım ol”. Alber Kamyunundur bu sözlər. 100 yaşı tamam oldu noyabrda. Ədəbiyyat turizmi dünyada getdikcə populyarlaşan trendlərdəndir.Yekta Kopan adlı bir türk yazıçı Parisə səyahət təşkil etdi. Məqsəd A.Kamyunu yaxından tanımaq, dolaşdığı küçələri, yaşadığı məkanları gəzmək, sevdiyi kafelərdə oturmaq və beləcə onun dünyasına yaxınlaşmaqdı.

 

Əlcəzairdə doğulan Kamyu 27 yaşında Parisə köçür. Və ilk gündən bu şəhər onun həyatının bir parçası olur. 1960-da avtomobil qəzasında öldüyündə “New York Times”-ın ona həsr etdiyi məqalə“Kamyusuz Paris” adlanırdı. Mən bu tura qatıla bilmədim, amma əvəzində Kamyuya dünya şöhrəti qazandıran “Yad” povestini bir də oxudum.

 

***

 

Artur Merso adam öldürür. Məhkəmə ona ölüm cəzası kəsir. İnsan qətlə yetirdiyinə görə yox, daha çox anasının dəfnində ağlamadığı üçün. A.Merso “Yad”ın qəhrəmanıdır. Ekzistensializmin ədəbi manifesti adlandırırlar povesti. Mütləq azadlığın axtarışı haqda manifest deyənlər də var. Kitabı ilk dəfə oxuduğumda “Bu adam elə bizim dediyimizi deyir ki” düşünmüşdüm. Zaman-zaman biz də Kamyu kimi “Dünya boş, hər şey mənasız, həyat isə yaşamağa dəyməz” demirikmi? Zatən fəlsəfəsini də ən yaxşı elə öz sözləri izah edir – “Həyat heç bir şey deyil, məna axtarmayın, yaxşı yaşayın”.

 

Həyatın mənasızlığı və insanın yalnızlığı Kamyunu ən çox düşündürən məsələdir. “Sizif haqda mif” adlı fəlsəfi essesində insan həyatını Sizifin əməyi ilə müqayisə edir. Kamyu Tanrılar tərəfindən cəzalandırılmış Sizifi absurd qəhrəman sayır, onun fasiləsiz əməyini lüzumsuz əmək olaraq görür. Bu faydasız əmək elə müasir həyatın metaforu deyilmi? “Həyatı boyunca gördüyü monoton işin bir absurd olduğunu anlayan insan üçün əsl faciə də elə budur”, – belə deyir Absurdun Nəğməkarı.

 

Kamyu diktatura, totalitarizm və kommunizmi, xüsusilə də Stalinin sosialist diktaturasını sərt şəkildə tənqid edirdi. 1956-cı ildə Sovetlər Macarıstandakı xalq üsyanını yatırmaq üçün bu ölkəyə qoşun yeridəndə etiraz səsini ilk çıxardan yenə “Qərbin vicdanı” adlandırılan Kamyu idi. Elə 1957-ci ildə Nobel mükafatına da “İnsan vicdanının əhəmiyyətini tərənnüm etdiyinə görə”layiq görüldü. Nobel nitqində Boris Pasternakın namizədliyini irəli sürdü. 1958-ci ildə isə Pasternak Moskvanın bütün maneə, təhdid və hədə-qorxularına rəğmən Nobelə layiq görüldü. “Doktor Jivaqo”-nun müəllifinin namizədliyi 1946-dan irəli sürülürdü, ancaq Pasternak Stalinin ölümündən və Kamyunun ciddi dəstəyindən sonra laureat ola bildi. Və Moskva “Ədalətsizliklə ya əməkdaşlıq etməlisən, ya da mübarizə aparmalı” deyən Kamyunu “qara siyahı”ya aldı.

 

***

 

“Corriere della Sera” (İtaliya) qəzeti 2011-ci ildə dərc etdiyi bir məqalədə A. Kamyunun Sovet xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü iddia etmişdi. Yaxın dostu Mişel Qallimarın idarə etdiyi avtomobil 1960-cı ilin yanvarında buzlu yoldan çıxaraq ağaca çarpılmışdı. Kamyu yerindəcə ölmüş, cibindən Paris qatarına bilet çıxmışdı. Onun son anda fikrini dəyişərək qatarla getməməyi müəmma olaraq qalmaqdadır.

 

Çexiyalı şair Yan Zabrana “Bütün həyatım” adlı kitabında Kamyunun Moskva tərəfindən öldürüldüyünü yazır. İddiaya görə, sovet agentləri hərəkət halındakı avtomobilin təkərlərini deşərək sui-qəsdə qəza görüntüsü veriblər. Zabrana əmrin birbaşa SSRİ-nin o vaxtkı xarici işlər naziri D.Şepelev tərəfindən verildiyini deyir.

 

Kamyunun tərcümeyi-halını yazan Oliver Todd adlı jurnalist sovet arxivlərini incələdiyini və sui-qəsdlə bağlı heç bir izə rast gəlmədiyini yazır. O. Toddun sadəlövhlüyünə gülməmək mümkün deyil – rus da elə gözləyirdi ki, Todd gəlsin, o da hər şeyi açıb qoysun onun önünə. Bir də ki, heç Toddun ömrü çatmazdı o arxivlərlə tanış olmağa – hansı birinə baxsın, on minlərlə alim, həkim, mühəndis, yazarı məhv etmədimi o mənfur sistem…

 

***

 

“Yad”ı təkrar oxuyandan sonra Luçino Viskontinin 1967-də çəkdiyi eyni adlı filminə də baxdım yenidən. Jan Lük Qodarklassik əsərlərin ekranlaşdırılmasının doğru olmadığını deyir. O, uğursuz əsərlərdən uğurlu film çəkməyin tərəfdarıdır. Və bütün ömrü boyu da 2-ci dərəcəli kitabları ekranlaşdırdı, həm də çox müvəffəqiyyətlə.

 

Luçino Viskonti əksini düşünürdü. O bir çox önəmli əsəri elə səviyyədə ekranlaşdırıb ki, kitabınmı, filminmi daha yaxşı olduğunu söyləmək çətindir. Amma bunu “Yad” filmi haqda demək olmaz. Ən yaxşı filmi olmasa da, Kamyunun ən yaxşı ekranlaşdırılmış əsəridir. Marçello Mastroyaninin oynadığı Mersonu Kamyunun özünə bənzətdim – Anasının dəfnində ağlamayan adama.

 

Bir də düşündüm ki, Viskonti Kamyunun kimlər tərəfindən öldürüldüyünü bilsəydi, Moskvaya xidmət edərdimi… Və ya Kamyu sağ olsaydı, ən önəmli əsərlərindən birini ruslara quyruq bulayan birinin ekranlaşdırmasına razı olardımı…

 

Kamyu ölümünə yaxın belə yazmışdı – “Dünyadan düşmənlərim olduğu üçün deyil, dostlarım olduğuna görə uzaqlaşıram. Mənə zərər verdikləri üçün deyil, mənə olduğumdan daha yüksək qiymət verdikləri üçün. Bu yalana dözə bilməzdim”.

 

Məncə, dostları Kamyuya doğru qiymət vermişdilər…..

 

[email protected]

 

 (“Ayna” qəzeti)


Mənbə: kulis.az

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.