Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı Berlində oxuculara təqdim olundu
11.02.14

Londonun məşhur «Voterstones» kitab evi və Avstriyanın "Dradivaberl" nəşrlər evində keçirilən təqdimatların ardınca yazıçı Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı Almaniyanın Berlin şəhərində yerləşən Humboldt universitetində də oxuculara təqdim olunmuşdur.

Bir il öncə Avstriyada çap olunmuş əsərin təqdimat müzakirəsini Universitetin Azərbaycan tarixi kafedrasının müdiri şərqşünas alim professor Yeva Mariya Aux açıb. O, giriş sözündə Azərbaycanın tarixi və ədəbiyyatı haqqında danışıb, «Yarımçıq əlyazma»nın tarixi-mədəni qaynaqları, əsərdə cərəyan edən hadisələrin ümumi fonu barədə söz açıb. Professor Aux çap olunduğu vaxtdan bu yana romanın geniş müzakirələrə səbəb olduğunu, artıq dünyanın bir çox dillərinə tərcümə edildiyini qeyd edib. O, əsərin Avropa oxucuları üçün Azərbaycan ədəbiyyatına, tarixinə və mədəniyətinə açılan əhəmiyyətli bir pəncərə olduğunu deyib. Daha sonra o, Kamal Abdullanın bədii yaradıcılğının özəllikləri haqqında danışdıqdan sonra söz müəllifə verilib. Kamal Abdulla romanın yazılma tarixi və onun sonrakı taleyi barədə danışıb. Romna göstərilən marağa və təqdimatının təşkilinə görə təşkilatçılara öz təşəkkürünü bildirib. Bundan sonra universitet tələbələri ifadəli oxu ilə romandan parçaları səsləndiriblər.

Tədbir müəllifin iştirakçıların suallarını cavablandırması ilə davam edib. Sonda imzalama mərasimi keçirilib və müllifin tələbələrlə söhbəti qeyri-rəsmi şəraitdə davam edib. Tədbirin sonunda prof. Y.M. Aux bu görüşdə iştirak etdiyi üçün yazıçıya təşəkkür edib və ona yeni yaradıcılıq uğurları arzulayıb. Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, əsəri alman dilinə Aygün Mehbalıyeva tərcümə etmişdir. Kitaba önsözü tanınmış filoloq prof. Ziqlinde Hartmann yazıb. Roman Avstriyanın nüfuzlu «GOLDEGG VERLAG» nəşriyyatında işıq üzü görmüşdür. BSU

Yaradıcılıq fakültəsinin mətbuat bölməsi

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.